Beşbarmaq səmasında üç rəng: "Üzən qartal"la 500 metr yüksəklikdə - REPORTAJ + FOTO

Beşbarmaq səmasında üç rəng: Beşbarmaq səmasında üç rəng: "Üzən qartal"la 500 metr yüksəklikdə - REPORTAJ + FOTO
Belə bir deyim var - göyün yeddinci qatında olmaq. Elə mən də özümü 500 metrə yaxın yüksəklikdə olanda bu cür hiss etdim.
Bu həzzi yaşamaq üçün Bakıdan sizi cəmi 95 kilometr ayırır.
Oxu.Az-ın əməkdaşları bu dəfə Beşbarmaq dağında yamac paraşütü (paraplan) reallaşan ərazidə olublar.
Mistika, yoxsa arzuların reallaşması?
Kənardan baxanda beş barmağın siluetini əks etdirən və niyyətlərin gerçəkləşməsi mistikasına bürünən Beşbarmaq dağı həm də mavi səmanın ənginliklərində süzmək istəyənlərin arzularını reallaşdırır.
Paraplan - yumşaq qanadlı planer olub, qanadı hava axını hesabına hava tutucuları ilə şişən uçuş aparatıdır.
Qaldırıcı qüvvə qanad profilini qarşıdan gələn havanın bürüməsi hesabına yaranır. Paraplanın irəli hərəkəti ağırlıq gücünün təsiri nəticəsində baş verir.
Beşbarmaq səmasında üç rəng: Bu paraşütü "süzən qartal" da adlandırırlar.
Səmada qartal kimi süzmək istəyənlər üçün dağın ətəyində toplanış məntəqəsi yaradılıb.
Hər kəs toplandıqdan sonra maşınlarla yüksəkliyə qalxırıq və avadanlıqlar hazırlanmağa başlanılır.
Ərazidə küləyin axınının sürətini ölçmək üçün anemometr yerləşdirilir.
Əgər küləyin sürəti 20 m/s-dək güclənərsə, duman, yağış olarsa, uçuş təxirə salınır.
Azərbaycan Yamac Paraşütü Birliyinin sədri Sərdar Şahin deyir ki, 26 ildir ölkəmizdə yaşayır:
"Bu idman növündə əsas hava şəraitinin normal olmasıdır və diqqət ediləsi məqam geyimdir. Çəkmələr, eynək, əlcək çox vacibdir. Paraplanın hobbi, idman və turist kimi növləri var. Bu, yamacdan aşağı və daha yuxarıya doğru uça bilən paraşütdür. Biz küləyin düzgün istiqamətə doğru əsməsi ilə havada sanki qartal uçuşunu yamsılayırıq. Qartal havada qala bilirsə, demək ki, düzgün bir hava şəraiti var".
Beşbarmaq səmasında üç rəng: Əgər pilotun qarşısındakı şəxs qaçmasa, uçuş baş tutmayacaq
Qeyd edək ki, birliyin 100-ə yaxın pilotu var. Onlar beynəlxalq sertifikat almaq üçün Türkiyədə təlim keçirlər. Azərbaycanda paraplanerçilik 2012-ci ildən inkişaf edib.
Paraşütün uzunluğu on, eni üç metr olur.
Uçuş üçün avadanlıqlar hazırlanır, mütləq dəbilqə, eynək taxırıq. Təhlükəsizliyə riayət etmək mütləqdir. Az da olsa, həyati təhlükəsi var.
S.Şahin deyir ki, külək istədikləri kimi olarsa, saatlarla havada qalmaq olar:
"Enmə təxminən 8-10 dəqiqə olur. Amma külək olarsa, təpəyə də çıxmaq olar və istədiyiniz vaxt enə bilərsiniz. Bu, pilotdan asılıdır. Eyni zamanda, günəşli havanın da görünməyən bir qalxma havası olur. Dünya rekordu bu cür hava zamanı 600 kilometr civarında olub. Paraplanla buradan başqa bir şəhərə getmək mümkündür".
Beşbarmaq səmasında üç rəng: Yamac paraşütündə hər şey uçuş üçün qaçmağa başlayan zamandan asılıdır. Əgər pilotun qarşısındakı şəxs qaçmasa, hər ikisi yıxıla bilər. Bu zaman risk yaranır və uçuş baş tutmayacaq...
Elə mən də uçuş üçün qaçmağa başlayanda həyəcanlı idim. Həmin vaxt "bəlkə, yox" desəm də, ayağım yerdən üzüldü. Artıq göydəyəm və ətrafı quş uçuşu baxışından izləyirəm. Yaşadığım həyəcanı, həzzi, zövqü sözlə ifadə etmək çox çətindir. Gərək özünüz bu hissi yaşayasınız...
Birliyin sədri deyir ki, Azərbaycanda dənizə yaxın və yüksək olduğu üçün Beşbarmaq ərazisi seçilib:
"Uçuşlar üçün ən təhlükəsiz ərazi buradır. Çünki qarşımızda, sadəcə, dəniz var. Azərbaycan coğrafi baxımdan bu turizmə istiqamətinə uyğundur. Hazırda dünyada bu turizm növü aktivdir və Azərbaycanda da inkişaf etdirmək olar.
Beşbarmaq səmasında üç rəng: Bu, bahalı idman növü də sayılır. Yamac paraşütünə əsas qanad, asqı sistemi, köməkçi paraşüt, bolt, dəbilqə, əlcək daxildir. İkinci paraşütü hər hansı bir təhlükə olarsa və ya qanad çıxılmaz vəziyyətə düşdükdə istifadə etmək üçündür. Qiyməti 3 000-4 000 avrodur. 
Yeni başlayan şəxslər üçün qanadı kirayələmək məsləhət görülür. Təlimləri tam bitirdikdən sonra öz yamac paraşütünüzü ala bilərsiniz. Təlim üçün qiymət 500 manatdır. Turist kimi isə səmada olmaq bir nəfərə 120 manata başa gəlir. Avadanlıqlar birlik tərəfindən verilir.
Tandem və ya solo...
Yamac paraşütündə tandem (pilotla) və solo (tək) uçuşlar olur. Solo uçuş üçün məşqlərə təxminən iki ay vaxt lazımdır ki, səmada tək süzə biləsiniz.
Tandem çox məsuliyyətli işdir. Çünki bunu həyata keçirən şəxs tək öz həyatına yox, həm də sərnişinin həyatına cavabdehdir.
Bu idman növündə pilotla uçuş edən şəxslər enmə zamanı ayaqlarını, sadəcə, yuxarıya doğru və duz saxlamalıdırlar. Əgər təlimatda dediyi kimi etməsəniz, ayağınız burxula, qırıla bilər.
Uçuşlar üçün yaş həddi 16 yaşdan yuxarı olmalıdır.
Beşbarmaq səmasında üç rəng: Yamac Paraşütü Birliyinin üzvü İlqar Məmmədovun sözlərinə görə, insanların əksəriyyəti paraplan ilə paraşütü səhv salırlar:
"Paraşüt haradansa enmək üçündür. Paraplan isə yuxarı qalxmaq üçün təyinatlıdır. Qanadı qaldırırıq və qalxırıq. Paraplanın yaranmasının dəqiq tarixini demək qeyri-mümkündür. Ümumilikdə götürəndə vətəni Fransadır. Yamac paraşütü maşın sürməkdən daha təhlükəsizdir".
O qeyd edib ki, əsasən, Bakıətrafı, Şamaxı, Qəbələ və digər rayonlarda da uçuşlar həyata keçirirlər.
"Bu idman növündə saatlarla göydə qala bilərsiniz. Hava axınlarını tutaraq uçduğumuz yerə geri qayıda bilərik. Ən çox 2 saat 20 dəqiqə uçuş etmişəm. Bunu belə etmək problem deyil. Hazırda əsas məqsədimiz bir regiondan digər regiona getməkdir".
"Əvvəllər insanlarımız bu idman növündən məlumatsız idilər. Dövlət tərəfindən dəstək var. Müəyyən işlər aparılır. Birliyin üzvləri artır. Ümid edirik ki, dövlət tərəfindən daha çox dəstək olar və inkişaf etməyə doğru gedər.
Beşbarmaq səmasında üç rəng: Uçuşa gələn insanlar öncə özlərinə inansınlar. Bu idman növündən necə zövq aldığımı izah edə bilmərəm. Siz uçanda dağlarda qartallarla eyni hava axınına qarşı uçursunuz. O zaman özünüzü təbiətin bir hissəsi kimi hiss edirsiniz".
Uçuşdan sonra paraplan macəramızın ən gözəl anı yaxınlaşır: yamac paraşütünün 10-a yaxın pilotu 28 May - Müstəqillik Günü münasibətilə səmada bayraqlar açırlar.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət

Maraqlı       Tarix: 28 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabarlar xəbər az en son xeberler bu gun havanın temperaturu