Beşinci siniflərin onlayn dərsində "böyüklər üçün" kadrlar nümayiş etdirilib
Beşinci siniflərin onlayn dərsində "böyüklər üçün" kadrlar nümayiş etdirilib
Rusiyada distant rejimdə dərs zamanı kuryoz hadisə yaşanıb. Belə ki, videozənglər və konfranslar üçün nəzərdə tutulan "Zoom" proqramı ilə həyata keçirilən "Pravoslav mədəniyyətinin əsasları" dərsində ekranda bir neçə dəfə pornoqrafik kadrlar nümayiş olunub.
Bu barədə "Kaluga News" məktəblilərin valideynlərinə istinadla xəbər verib.
Bildirilir ki, videokonfransa yerli liseyin beşinci sinif şagirdləri qoşulub (təxminən 90 uşaq). Lakin dərsin tam ortasında monitorda pornoqrafik təsvirlər yer alıb.
Nəşrin məlumatına görə, video ekrana çıxdıqdan sonra müəllim dərhal onu dayandırıb və dərsinə davam edib. Lakin bir müddət sonra video ikinci dəfə ekranda görünüb. Müəllim yenə filmi bağlasa da, bu hadisə təkrarlanıb.
Dərsin necə bitdiyi məlum deyil.
Yerli hökumət nümayəndələri hadisəni şərh edərkən bu onlayn xidmətin ölkə xaricindən idarə olunması üzündən ondan istifadə zamanı ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, koronavirus epidemiyası ilə əlaqədar Rusiyada təhsil müəssisələri distant rejimə keçib.

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb