Bestcomp Group koronavirusla mübarizə tədbirlərini dəstəklədi
Azərbaycanın aparıcı İT şirkəti Bestcomp Group, ölkə başçısının təşəbbüsünü tam dəstəkləyərək, COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda aparılan preventiv tədbirlərə qoşulub.
Milli.Az Trend-ə istinadən bildirir ki, şirkətin Müşahidə Şurası, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 000 manat vəsait köçürməyə qərar verib.
Bestcomp Group, cəmiyyət qarşısında məsuliyyətini dərk edərək və pandemiya ilə mübarizədə Təhsil Nazirliyinin qarşılaşdığı çağırışları nəzərə alaraq, Microsoft Teams platforması əsasında distant təhsil texnologiyaların tətbiqində fəal, təmənnasız iştirak edir. Bu platforma müəllimlərin və təhsilalanların interaktiv ünsiyyətini quraraq təhsil-tədris prosesini məsafədən təşkil etməyə imkan verir.
Bestcomp Group şirkətlər qrupu, Zaqafqaziya və Mərkəzi Asiya regionunda HP Inc., Hewlett Packard Enterprise, Lenovo, Acer, Microsoft, CISCO, Juniper, Fortinet, Eaton, APC by Schneider Electric, Schneider Electric, Eltek, Benning, Radware, Microfocus, Manage Engine, Panduit, Tripp Lite, Artronic, Uniview, Apacer, Kindermann, HID, Monacor, Qualys, Radiflow kimi dünyanın bir çox aparıcı istehsalçılarının Value Added distribütoru, İKT sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, sifarişçilərə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.
Milli.Az /news.milli.az

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü