Beyinin işinə mənfi təsir edən vərdişlər açıqlandı

Beyinin işinə mənfi təsir edən vərdişlər açıqlandıBeyinin işinə mənfi təsir edən vərdişlər açıqlandı
Hazırda, demək olar ki, normal hesab olunan bəzi vərdişlər beyinin işinə mənfi təsir göstərə bilər.
İspaniyanın "La Vanguardia" nəşri bildirir ki, tədqiqatlara əsasən, oturaq həyat tərzi nəticəsində konkret neyronların strukturu dəyişir. Belə ki, müntəzəm fiziki iş zamanı orqanizmdə təbii ağrı kəsicilər hesab olunan endorfinlər ifraz olunur. Onlar bədənin gündəlik yüklənməyə tab gətirə bilməsi üçün lazımdır. Həmçinin fiziki aktivlik sayəsində beyin daha çox oksigen qəbul edir ki, bu da onun məhsuldarlığını artırır.
Eyni zamanda iki işlə məşğul olmaq da beyinin aktivliyinə mənfi təsir edir. Bu vərdiş stress, kortizol və adrenalin hormonlarının istehsalına gətirib çıxarır. Bu hormonlar isə beynin həddindən artıq stimullaşdırılmasına səbəb olur, nəticədə də insan fikrini toplamaqda çətinlik çəkir.
Bundan əlavə, insan daim virtual ünsiyyətdə olan zaman da beyin yüklənir. Belə ki, elektron poçtda onlarla məktuba, messencerlərdəki mesajlara cavab yazmaq, xəbər lentlərini izləmək də beyinin qıcıqlanmasına gətirib çıxarır. Daim ekrana baxan zaman beyin istirahət etmir. Bu işıq şüaları melatoninin ifrazını ləngidir. Halbuki 10 dəqiqəlik şəxsi ünsiyyət zamanı yaddaş və idrak bacarıqları yaxşılaşır.
Yaxşı yuxu isə beyinin işinə müsbət təsir göstərir. Belə ki, bu müddət ərzində xatirələr yaranır və lazımsız məlumatlar silinir. Alimlər, həmçinin yuxu zamanı neyronlara zərər verə biləcək zəhərli zülalların və həyat fəaliyyətinin digər məhsullarının orqanizmdən çıxarıldığını müəyyən ediblər. /oxu.az

Maraqlı       Tarix: 15 mart 2020
f Paylaş

Oxşar xəbərlər

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler azerbaycan cəbhədən son məlumat metbuat xeberleri xəbər