Beynəlxalq Bankla bağlı ŞOK XƏBƏR - Külli miqdarda DƏLƏDUZLUQ

Beynəlxalq Bankla bağlı ŞOK XƏBƏR - Külli miqdarda DƏLƏDUZLUQBeynəlxalq Bankın blokladığı kartdan pul oğurlanıb. Bank məsilyyətdən yayınır. Ehtiyatlı olun!
KONKRET.az xəbər verir ki, bununla bağlı iqtisadçı ekspert Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımı olduğu kimi təqdim edirik:
"Vətəndaşların bank kartlarından onlara məxsus vəsaitlərin oğurlanmasından da böyük bəla var. Vətəndaşdan icazəsiz ona kreditin verilməsi. Əgər birinci bəlada çempion "Kapital Bank"dırsa, ikincidə liderlik Azərbaycan Beynəlxalq Bankındadır (ABB).
Konkret misal. Deməli, vətəndaş kibercinayətkarların qurbanı olmuşdur. Onun ABB Tamkart kredit kartından 10704.83 manat məbləğində kredit silinmişdir (özü də vətəndaşın ABB-yə verdiyi telefon nömrəsi üzrə deyil, onun başqa nömrəsi üzrə). Halbuki, vətəndaş son anda məsələni başa düşərək dərhal ABB ilə əlaqə saxlayıb kartının bloklanmasını istəmişdir. Sənədlərdən də görünr ki, saat 21:57:52-də bank kartı bloklamış, lakin 30 saniyə sonra, yəni saat 21:58:32-də vəsait silinmişdir.
Vətəndaş polisə və ABB-yə müraciətləri heç bir nəticə verməmişdir. Vətəndaşın özünü təqsirkar çıxarıblar ki, özün məlumatları kibercinayətkarlara vermisən. Halbuki, qeyd etdiyim kimi, vətəndaş son anda banka müraciət edib və kart bloklanıb. Bloklanmış kartdan vəsait necə silinə bilərdi axı?
Bu, onun göstəricisidir ki, ABB-nin müvafiq sistemləri bərbad haldadır. Buna görə də təqsirini boynuna almaq istəmir. Nədir-nədir, saytında Standart Şərtlər yerləşdirib və onun müştəri üçün məcburi olduğunu iddia edir. Halbuki, həmin sənədin xeyli müddəası sadəcə məsuliyyətdən yayınmaq alətidir, buna görə də etibarsızdır (Mülki Məcəllənin 419-420-ci maddələrinə əsasən)!
Necə olur ki, Milli Qəhrəman Hökumə Əliyevanın atasının kartından vəsait oğurlayanları polis tapa bildi, amma bloklanmış kartdan pul oğurlamış şəxsləri tapa bilmədi?
Təəssüf ki, məhkəmələrimiz də bu cür işlərdə birmənalı olaraq bankların, xüsusilə iri bankların tərəfini tutur. Bu iş üzrə də Nəsimi rayon məhkəməsi (hakim Ceyhun Tağıyev) və Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Məhəmməd Rüstəmli) vətəndaşın iddiasını rədd ediblər. Hazırda kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır (sərdlik edən Elşanə Vəliyeva).
İş hələ məhkəmədə olduğu üçün barəsində ətraflı yazmıram. Yekun qərar barədə ətraflı yazacağam. Çünki bu, vacib presedent olacaq. Əgər bloklanmış kartımızdan da vəsaitlər oğurlana bilərsə, işimizi bilək bizim bank sistemimizlə, xüsusilə ABB kimi bir bankla…"//Yenisabah.az

Sosial       Tarix: 25 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Paytaxtın bu yolları bağlı olacaq

Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barəd

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

"20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik" – Sosioloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanm

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun xankendi hava durumu xəbərlər.com