Beynəlxalq təşkilat quruldu, rəhbəri Azərbaycanlı seçildi

Beynəlxalq təşkilat quruldu, rəhbəri Azərbaycanlı seçildiBeynəlxalq İnsan Hüquqlarının Müdafiəsi və Əməkdaşlıq Alyansı təsis olunub
azxeber.com xəbər verir ki, qurumun İsveçrənin Cenevrə şəhərində iclası keçirilərək, Rəşad Quliyev təşkilata sədr seçilib.
Qeyd edək ki, Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi və Əməkdaşlıq Alyansı İsveçrənin Cenevrə şəhərində təsis edilib, təsisçilərinin əsas hissəsi, Avropa, Afrika və MDB ölkələrinin vətəndaşlarıdır. 
Alyansın əsas fəaliyyəti  İnsan hüquqlarının qorunması, insan ləyaqətinin təmin olunması, hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində olacaqdır. Eyni zamanda təşkilat insan haqlarını qorumaq məqsədi ilə aşağıdakı fəaliyyətləri həyata keçirəcəkdir:
- İnsan hüquqlarının pozulması halları üzrə araşdırmalar aparmaq; 
- Beynəlxalq təşkilatlara hesabatlar təqdim etmək; 
- Hüquq müdafiəçilərinə hüquqi və psixoloji dəstək göstərmək; 
- Maarifləndirmə və təhsil layihələri həyata keçirmək; 
- Regional və beynəlxalq tərəfdaşlıq şəbəkələri ilə əməkdaşlıq qurmaq; 
- Beynəlxalq konfranslar, forumlar və ictimai kampaniyalar təşkil etmək. 
Təşkilatın iclası keçirilərək, Alyansa ictimai fəal Rəşad Quliyev sədr seçilmişdir.  
Qeyd edək ki, Rəşad Quliyev bundan öncə Dünya Azərbaycanlıları Konqresində Gənclər Təşkilatının sədri, Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyində baş katib, Belçika Azərbaycanlıları Cəmiyyətinin sədri, Alman Azərbaycan Mədəniyyət Evinin rəhbəri, Dünya Azərbaycanlıları Assambleyasının sədri olub. 
Təşkilatın mərkəzi ofisi İsveçrədə fəaliyyət göstərəcəkdir.

Sosial       Tarix: 13 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Neft ucuzlaşdı

Londonun ICE birjasında "Brent" markalı neftin fyuçerslərinin qiyməti 0.77% azalıb. xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 87.25 dollara bərabər olub. Eyni zamanda, WTI markalı nefti

Çörək bahalaşacaq?

Qlobal buğda bazarında qiymətlər artımı davam edir.  xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, Qara dəniz regionunda hərbi gərginliyin dərinləşməsi və məhsul perspektivlərinin pisləşməsi fonund

Çin artıq qalib gəlib, Almaniya isə bunu hələ anlamayıb

Alman jurnalist Aleksandr Hayden ölkəsi ilə Çini müqayisə edib. xəbər verir ki, onun yazdığı məqalədə bildirilir ki, Çin Almaniyanı iqtisadi cəhətdən ötüb keçib. Bu, təkcə avtomobil və nəzarət proqram təminatında deyil, gələcə

Süni qiymət artımı nədir? – İqtisadçı izah edir

Yay mövsümündə istirahət məkanlarında qida və içkilərin qiymətlərinin kəskin bahalaşması yenidən müzakirə mövzusuna çevrilib. Bəzi obyektlərdə yeməklər fərqli adlarla bir neçə dəfə baha qiymətə təklif olunur, hətta adi suyu

Dollarla bağlı gözlənilməz ssenari – yerini bu valyutalar tuta bilər

ABŞ Prezidenti Donald Trampın son aylarda atdığı addımların dolların qlobal valyuta kimi mövqeyinə zərbə vuracağı deyilir. Ekspertlər düşünürlər ki, Vaşinqtonun dünya ticarətində getdikcə daha çox məhdudiyyət tətbiq etməsi

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

"İlkin təhlillər göstərir ki, müsabiqə vəziyyəti ixtisas qrupları üzrə fərqlənir". Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, I ixtisas qrupu üzrə 60

DİM-in magistratura imtahanı yenidən müzakirə mövzusu oldu – Minlərlə yer boş qaldı

Magistraturada minlərlə yer boş qaldı: Problem imtahandadır, yoxsa sistemdə?. Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə keçirilə

Qarabağ Universiteti vebinarlar təşkil edəcək

Abituriyentlərin ixtisas seçimi prosesində düzgün qərar vermələrinə dəstək məqsədilə Qarabağ Universiteti Microsoft Teams platformasında fakültələr üzrə silsilə maarifləndirici vebinarlar təşkil edəcək. xəbər verir ki, vebinarla

Gənclər niyə iş yerlərini tez-tez dəyişir? - Açıqlama

Azərbaycanda gənclərin iş yerlərini tez-tez dəyişməsi son illər əmək bazarında müzakirə olunan məsələlərdən biridir. Bu, karyera inkişafına müsbət təsir edir, yoxsa işəgötürənlər tərəfindən qeyri-sabitlik əlaməti kimi qiymətləndirilərə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler azerbaycan metbuat xeberleri valyuta mezenesi xeber.az bu gun