"Bəzi kişilər qadınların cinsi tələbini qarşılamadığı üçün boşanmalar artıb"

Statistika göstərir ki, son illər yeni ailə quran cütlüklər arasında boşanma faizləri xeyli artıb. Hazırda son rəqəmlərə görə, evlənən hər 3 cütlükdən 1-i boşanır. Bu isə özlüyündə istər demoqrafik vəziyyət, istərsə də cəmiyyətdəki ailə ənənələrinin davamlılığı üçün təhlükəli tendensiyadır.
İnsanlar arasında boşanmalar müxtəlif səbəblərlə izah olunur. Bəziləri sosial və psixoloji faktorları əsas göstərsə də, bir çoxları məsələnin kökündə cinsi problemin durduğunu düşünür. Daha aydın desək, partnyorların cinsi baxımdan bir-birilərinə uyğun olmaması məsələsi meydana çıxır. Bu iddialar nə dərəcədə doğrudur?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı danışan seksoloq Təhmasib Cavadzadə bildirib ki, bir çox hallarda cütlüklər arasında bir-birilərinin cinsi istəkləri qarşılanmır:
"Əslində, səbəblər bir-birindən fərqlidir. Digər faktorlar olduğu kimi, boşanma səbəbləri arasında cinsi münasibət də var. Məsələn, bəzən elə olur ki, cütlüklər arasında cinsi baxımdan uyğunsuzluq yaranır. Bəzən cinsi baxımdan qadın kişinin tələblərini qarşılanmır, bəzən isə əksinə olur, yəni, kişi qadının cinsi tələbini qarşılaya bilmir. Bu isə cinsi uyğunsuzluq əmələ gətirir. Digər tərəfdən bəzi hallarda xasiyyət uyğunsuzluğu olur, bundan isə cinsi uyğunsuzluq formalaşır. Tərəflər xasiyyətləri uyğun gəlmədiyi üçün bir-biriləri ilə daim mübahisə edir və avtomatik olaraq seks həyatı yaşanmır. Ona görə də, bir-birilərindən soyuyur və daha sonra ayrılırlar. Üstəlik, ayrılmaq hazırda daha da asanlaşıb. Düzdü, əvvəllər də rahat idi, amma indi boşanma anlayışının özü sadələşib və bəsitləşib".
Seksoloq ölkəmizdə bəzi ailələrin emosional boşanma yaşadığını qeyd edib:
"Bir çoxları ailə quranda o anlayışda olur ki, əgər uyğun gəlməsək, ayrılarıq. Gənclərin bir çoxu evliliyi ailə həyatı qurmaq kimi deyil, müvəqqəti proses kimi görür. Artıq əvvəldən boşanma fikir formalaşır. Bəzən görürsünüz ki, ailəsi oğlanı güclə evləndirir, oğlan isə düşünür ki, bir müddət ailəli olum, daha sonra boşanaram. Bu qızlar üçün də keçərlidir. Faktorlar fərqli-fərqlidir, lakin boşanmada cinsi faktor üstünlük təşkil edə bilər. Elə olur ki, bir oğlan çox sayıda qızla gəzir və daha sonra evləndiyi xanımdan cinsi həyatında yaşadığı performansı gözləyir. Bunun fonunda isə ya ayrılıq, ya da emosional boşanma baş verir. Belə olanda ər-arvad arasında sadəcə sənəd üzərində evlilik olur, emosional olaraq isə heç bir yaxınlıq baş vermir. Belə ailələr isə Azərbaycanda yetərincə çoxdur". (Yeni Sabah)

Sağlamlıq       Tarix: 18 may 2024
f Paylaş

Oxşar xəbərlər

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün son xəbərlər azərbaycanda ən son xəbərlər ən son xəbərlər bugün