Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib

Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edibQafqazın ilk inteqrasiya olunmuş e-ticarət, bank və ödəniş ekosistemi olan Bir, m10 rəqəmsal pul kisəsi tətbiqində süni intellektlə işləyən "Ey-ay" çatbotunu istifadəyə verib. Artıq m10 istifadəçiləri tətbiq daxilində xidmətləri axtarmaq əvəzinə, sadəcə "Ey-ay" ilə yazışaraq kommunal ödənişlərini həyata keçirə, balanslarını daha sürətlə artıra, həmçinin digər m10 xidmətlərini asanlıqla tapa bilərlər.
Bu yenilik cəmiyyətin nağd puldan rəqəmsal ödənişlərə sürətli keçidini dəstəkləməklə yanaşı, gündəlik maliyyə əməliyyatlarını daha sürətli və asan etmək üçün hazırlanıb. Bir ekosistemi rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əlçatan etməyi, insanların bu mühitə uyğunlaşmasını asanlaşdırmağı hədəfləyir.
Bir ekosisteminin Məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov "Ey-ay" haqqında danışarkən bildirib: "Bu gün insanlar rəqəmsal xidmətlərdən sürət və rahatlıq gözləyirlər. "Ey-ay" sayəsində istifadəçilər gündəlik ödənişlərini sadəcə yazışma vasitəsilə həyata keçirə bilirlər ki, bu da xidmətlərdən istifadəni daha rahat və əlçatan edir. Biz maliyyə xidmətlərini insanların artıq öyrəşdiyi ünsiyyət üslubu ilə birləşdirərək rəqəmsal ödənişləri hər kəs üçün daha sadə edir və Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini dəstəkləyirik".
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az 

İqtisadiyyat       Tarix: 11 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş

Yeni mənzillər satışda: Sumqayıtda 12 00 manatdanbaşlayan ilkin ödənişlə tam təmirli mənzillər!. Yeni mənzil axtarırsan, amma ilkin ödəniş və təmir xərclərisəni düşündürür? Sumqayıtın girişində yerləşən Yeni Sumqayıt layihəsindəsərfəl

AZAL Qazaxıstanda altıncı istiqaməti-Aktöbəyə ilk reysini həyata keçirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan HavaYolları Qazaxıstanın Aktöbə şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamətüzrə ilk uçuşunu həyata keçirib. Yeni marşrutun açılması ilə aviaşirkətinQazaxıstanda uçu

Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim

Ölkənin ilk rəqəmsal bankı Birbank təhsil işçiləri üçün xüsusi kampaniyaya start verib. 31 oktyabr 2026-cı il tarixinədək davam edəcək kampaniya çərçivəsində təhsil işçiləri nağd pul kreditini 7%-dək endirimlə əldə edə bilərlər

"Azeri Light"ın qiyməti 120 dolları ötdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.  Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,48 dollar və ya 0,4% artaraq 120,02 ABŞ dolları olub. Qeyd edək ki, ötən gün neftimiz 119,5

Həkim və müəllimlərə Bank Respublika-dan xüsusi fürsət

Bilikləri ilə gələcəyimizi formalaşdıran müəllimlər, sağlamlığımızı etibar etdiyimiz həkimlər – "Bank Respublika"dan sizə özəl fürsət var!. "Bank Respublika", cəmiyyətin inkişafında xüsusi rolu olan həki

AZAL "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görüldü

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı il "World Airline Awards" mükafatları çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb. xəbə

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafına əlavə dəstək göstərmək məqsədilə "FAİZSİZ 100 GÜN" adlı mikro v

Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi

Yeni paket geniş idman məzmununu və 260-dək yerli və xarici telekanalı bir abunəlikdə birləşdirir. Azercell Kinon TV platformasında idmansevərlər üçün yeni "Setanta Sports & TV" paketi istifadəyə verib. Yen

Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı

Nərimanovda yeni mənzillər satışa çıxarılıb: premiumtəmirli mənzil axtaranlar üçün geniş seçimlər. Nərimanovda yeni mənzil almağı düşünürsənsə, bu mərhələniqaçırma. Şəhərin mərkəzində yerləşən yeni yaşayış kompleksində müxtəli


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbər butun xeberler cəbhədən son xəbərlər 2026 en son xeberler bu gun