Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır
Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir, HoReCa (otel, restoran, kafe/ketrinq) sektorunda müştəri təcrübəsini yaxşılaşdırmaq, rəqəmsal transformasiyanı sürətləndirmək, rəqəmsal ödənişlərin tətbiqini genişləndirmək məqsədi ilə İctimai İaşə və Qastronomiya Assosiasiyası (İİQA), eləcə də restoran və pərakəndə bizneslər üçün rəqəmsal həllər təqdim edən "Clopos" startapı ilə strateji tərəfdaşlığa başlayıb.
Bir, İİQA və "Clopos" arasında imzalanan Əməkdaşlıq Memorandumu çərçivəsində xidmət sektoru üçün yeni başdan-başa onlayn ("end-to-end") rəqəmsal həll tətbiq edir. Bir ekosisteminin infrastrukturu üzərində qurulan bu həll sifarişdən ödənişədək bütün prosesləri rəqəmsallaşdırır. Vahid QR mexanizmi sayəsində qonaqlar masadakı kodu oxudaraq menyuya daxil ola, xidmət göstərən şəxsi gözləmədən sifariş verə, hesabı Bir Pay və digər ödəniş vasitələri ilə ödəyə, həmçinin rəqəmsal şəkildə bəxşiş əlavə edə bilərlər.
Həll müştərilər üçün daha rahat və sürətli xidmət təcrübəsi yaratmaqla yanaşı, iaşə obyektlərinə sifariş və ödəniş proseslərini optimallaşdırmağa və əməliyyatların effektiv idarə olunmasına imkan yaradacaq. Tərəfdaşlığın əsas hədəfi texnologiya, ödəniş infrastrukturu və HoReCa bizneslərini bir araya gətirərək sektorun rəqəmsal inkişafına və dayanıqlı ekosistemin formalaşmasına töhfə verməkdir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı