Bir günə 12 milyard dollar qazandı
Bir günə 12 milyard dollar qazandı
Fransanın lüks mallar istehsalçısı LVMH-in ("Christian Dior", "Louis Vuitton", "Givenchy", "Guerlain", "Moët & Chandon", "Hennessy", "Chaumet") sahibi və rəhbəri Bernar Arno rekord məbləğdə 12,5 milyard dollar (21,25 milyard manat) zənginləşib.
Bu barədə "Forbes Real-Time"ın məlumatlarından aydın olub.
Sutka ərzində 74 yaşlı Arnonun varidatı 5,7% artıb.
Bu, LVMH-in rüblük hesabatını dərc etdikdən sonra baş verib. Sənədə əsasən, şirkətin geyim və dəri məmulatları seqmenti satışları 18% artıb. 2023-cü ilin birinci rübündə (yanvar-mart) qrupun gəliri 17% artaraq 21,06 milyard avroya (39,46 milyard manat) çatıb.
Qeyd edək ki, "Forbes" jurnalına görə qrupun sahibi 237,8 milyard dollar sərvətlə ən varlı adamlar siyahısında birinci yeri tutur.
İkinci yerdə "Twitter" sosial şəbəkəsinin sahibi, "SpaceX" və "Tesla" şirkətlərinin baş direktoru İlon Mask qərarlaşıb. Sahibkarın sərvəti 188,5 milyard dollardır (320,4 milyard manat). O, bir gündə 3,5 milyard dollar (5,95 milyard manat) zənginləşib.
Mənbə: Gazeta.ru / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR