Bir sıra cinayətlərin də dekriminallaşdırılması təklif edilir - AÇIQLAMA

Bir sıra cinayətlərin də dekriminallaşdırılması təklif edilir - AÇIQLAMABir sıra cinayətlərin də dekriminallaşdırılması təklif edilir - AÇIQLAMA
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.
Bu barədə Oxu.Az-a məlumat verən komitə üzvü Kamal Cəfərov bildirib ki, iclasda Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cəzaların dekriminallaşdırılması ilə bağlı təqdim edilən layihə ikinci oxunuşda müzakirəyə çıxarılıb.
İclasda deputatların səsləndirdiyi təkliflər müzakirə olunub.
Deputat bildirib ki, komitə iclasında başqa maddələrin də dekriminallaşdırıla biləcəyi fikri irəli sürülüb.
"Bir sıra fikirlər də mövcud idi ki, bəzi məsələlərlə bağlı humanistləşdirmə tez ola bilər. Ümumi rəy ondan ibarətdir ki, cənab Prezident tərəfindən indiki mərhələdə belə bir layihənin təqdim edilməsi xüsusi əhəmiyyətə malikdir", - deyə K.Cəfərov əlavə edib.  
Deputat qeyd edib ki, bu layihənin qəbulu, tətbiqi nəticəsində minlərlə şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi və ya cəzasının yüngülləşdiriləcəyi gözlənilir.
Qeyd edək ki, Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təklif olunub.
Layihədə 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur. Həmçinin, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır.
Üç cinayətə görə zərər çəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərtilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunur.
30 cinayətə görə sanksiyalara azadlıqdan məhrumetməyə alternativ cəzalar - cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.
Eyni zamanda, hərbi xidmət əleyhinə olan cinayətlərə görə inzibati məsuliyyət müəyyən olunur. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni – "hərbi xidmət əleyhinə olan inzibati xətalar" adlı fəsilin əlavə olunması təklif edilir.
Aqşin Kərimov

Siyasi       Tarix: 20 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl


son xeberler azerbaycan xeberleri yeni xeberler idman xeberleri maliyye xeberler bugun novruz bayramı sou biznes