Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank Birbank yeni doğulan uşaqların adına ağac əkilməsi təşəbbüsü ilə maliyyə sektorunda daha bir ilkə imza atıb. Belə ki, "Adı ilə böyüsün" layihəsi çərçivəsində uşağın anadan olmasına görə bankdan müavinət alan valideynlərə ağacın uşağın adına əkildiyini təsdiqləyən xüsusi sertifikat təqdim olunur. 
Layihə haqqında fikirlərini bölüşən Kapital Bank-ın Əməliyyatlar ofisinin lideri Məhəmməd İbrahimov qeyd edib: "Bu layihəni bizim üçün xüsusi edən odur ki, hər yeni doğulan uşağın dünyaya gəlişi bir ağacın əkilməsi ilə yaşıl bir izə çevrilir. Uşaq böyüdükcə bu təşəbbüsün yaratdığı xatirə də onunla birlikdə böyüyür. İstəyirik ki, illər sonra həmin uşaq onun adına əkilən ağacı gördükdə, dünyaya gəlişinin cəmiyyət üçün dəyərli bir hadisə olduğunu hiss etsin. Beləliklə o, həyatının ilk günündən başlayan bu xatirəni illər sonra da yaşada bilsin". 
"Adı ilə böyüsün" layihəsi sentyabr ayından etibarən həyata keçirilir və layihə çərçivəsində ağacların əkildiyini təsdiqləyən sertifikatlar Birbank müştərilərinə həftəlik əsasda SMS vasitəsilə göndərilir. Valideynlər sertifikatın həqiqiliyini yasilgelecek.az saytı üzərindən yoxlaya bilərlər.  
Təşəbbüs körpələrin dünyaya gəlişini gözəl xatirəyə çevirməklə yanaşı, yaşıllığın artırılmasına və ətraf mühitə qayğı mədəniyyətinin təşviqinə də diqqət çəkir. 
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" ASC və "Kapital Bank"-ın birgə əməkdaşlığı nəticəsində həyata keçirilir.  
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.  
a / azxeber.com

İqtisadiyyat       Tarix: 06 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Pensiya ilə bağlı rəsmi məlumat

2026-cı ilin avqust ayında ailə başçısını itirməyə görə 188 194 nəfərə pensiya və müavinət ödənilib. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 137 139 nəfəri pensiya, 51 055 nəfər

AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasınd

Bu vətəndaşların kredit borcu silinəcək

Kredit götürən hər bir vətəndaşı çətin maliyyə vəziyyətinə düşdükdə borcun silinməsi ehtimalı və bunun hüquqi əsasları maraqlandırır. Azərbaycan qanunvericiliyinə əsasən, bank kreditlərinin avtomatik bağışlanması mexanizm

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2026-cı ilin yanvar-sentyabr ayları ərzində 14 354 vətəndaş müraciəti cavablandırılıb. xəbər verir ki, bu barədə Fonddan bildirilib

Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit

Yeni ev almaq istəyirsən, amma qarşıda bircə mənzil yox,çoxlu sual dayanır: harada olsun, neçə otaqlı olsun, hazır olsun, yoxsatikintidən seçim edilsin? Əslində, seçim imkanları nə qədər çoxdursa, sənəuyğun mənzili tapma

2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə

Hər ayın fərqli tarixlərində müxtəlif banklara ödəniş etmək, faizləri izləmək və büdcəni planlaşdırmaq bəzən gündəlik həyatı çox yorur. Maliyyə xərclərinə nəzarəti daha rahat etmək və aylıq ödəniş yükünü yüngülləşdirmək istəyənlə

Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb

Görüşdə Azərbaycanın rəqəmsal ekosisteminin inkişafı, süni intellekt dövründə telekommunikasiya sektorunda baş verən dəyişikliklər və qadınların texnologiya sahəsində liderliyi müzakirə olunub. Azercell-in baş icraçı direktor

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bəyan etməsi növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxılacağ

Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsini


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xabarlar xeberler azerbaycan son xeber