Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Birbank Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müştərilərinin alış-veriş təcrübəsini daha da sərfəli edəcək kampaniyaya start verir. 29 dekabr 2025-ci il tarixindən 15 yanvar 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində bütün növ Birbank taksit kartı sahiblərinə partnyor mağazalarda etdikləri ödənişləri heç bir komissiya olmadan daha uzun müddətə bölmək və əlavə xərclərdən azad olmaq imkanı yaradılır.
Kampaniyanın şərtlərinə əsasən, qeyd olunan tarixlərdə Birbank-ın geniş partnyor şəbəkəsində taksitlə alış-veriş zamanı seçilən müddətin üzərinə bank tərəfindən avtomatik olaraq 3 ay hədiyyə edilir. Məsələn, müştəri geyim mağazasında ödənişi 2 aya bölmək istədikdə bu müddət 5 aya, elektronika mağazasında 12 ayı seçdikdə isə 15 aya qədər uzadılır ki, bu da aylıq ödəniş yükünü əhəmiyyətli dərəcədə azaldır. Üstəlik bu zaman heç bir komissiya tətbiq edilmir.
Hər bir müştərinin məhdudiyyətsiz sayda yararlana biləcəyi bu kampaniya, bayram alış-verişini həm partnyorlar, həm də kart sahibləri üçün daha rahat və əlçatan etmək məqsədi daşıyır.
Ətraflı məlumat üçün link:
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür