Birdəfəlik ödəniş alanların sayı 400 minə çatdı
Birdəfəlik ödəniş alanların sayı 400 minə çatdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıların daha 50 min nəfəri üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə köçürüb.
Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi üç dəfə artırılıb və proqram üzrə 600 min şəxs üçün birdəfəlik ödəniş edilməsi nəzərdə tutulub. Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir.
Artıq birdəfəlik ödəmə vəsaiti köçürülənlərin sayı 400 minə çatıb. Onlara ümumilikdə 76 milyon manat vəsait köçürülüb.
Birdəfəlik ödəmə vəsaiti köçürülən şəxsin bu ödəməni almaq üçün müraciət edərkən qeyd etdiyi telefon nömrəsinə bu barədə SMS göndərilir. O, mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda "Azərpoçt" MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb