Birgə fəaliyyət kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına töhfə verəcək

Birgə fəaliyyət kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına töhfə verəcək "Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 - 2027-cı illər üçün Strategiyası" təsdiq edilib".
azxeber.com xəbər verir ki, bu sözləri  "Dövlət qurumları İT rəhbərlərinin IV zirvə toplantısı"nda çıxış edən Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisi general-mayor Azər Əhədov deyib  .
O, bildirib ki, Strategiyanın Tədbirlər Planı üzrə müvafiq yarımbəndlərin icrasına dair aidiyyət dövlət orqanları (qurumları) tərəfindən icraya başlanılıb: 
"Artıq müvafiq qurumlar arasında koordinasiyalı fəaliyyət təşkil olunub.
Strategiyanın əhatə etdiyi dövr ərzində bir çox hədəflərə nail olunması nəzərdə tutulur, bunlardan milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması, fərdi məlumatların mühafizəsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələlər. 
Burada iştirak edən qurumların bir çoxu sözügedən Strategiyanın Tədbirlər planında əsas və digər icraçı qurum qismində müəyyən edilmişdir. Əminliklə söyləyə bilərik ki, koordinasiyalı birgə fəaliyyət ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasına böyük töhfə verəcəkdir".
Qeyd edək ki, tədbirin tərəfdaşı KPMG şirkətidir. KPMG şirkətinin Kibertəhlekəsizlik Xidmətinin rəhbəri Ümit Yalçın tədbirdə "Müəssisələrdə daxili informasiya təhlükəsizliyi auditi beynəlxalq təcrübəyə əsasən necə aparılmalıdır" mövzusunda çıxış edib.
Günel Hüseynli

Siyasi       Tarix: 08 iyun 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son durum cəbhədən şad xəbər qarabag son xeberler azerbaycan