Birmarket' yanğından sonra işini tam bərpa edib - Açıqlama
"Ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarımızda baş vermiş yanğın hadisəsi zamanı operativ və peşəkar müdaxiləsi ilə alovun daha da genişlənməsinin qarşısını alan aidiyyatı dövlət qurumlarına minnətdarlığımızı bildiririk".
Bu barədə "Birmarket"dən azxeber.com-a verilən açıqlamada qeyd olunub.
"Bu xoşagəlməz hadisə bizi kədərləndirsə də, ən böyük təsəllimiz heç bir əməkdaşımızın xəsarət almamasıdır.
Qeyd edək ki, komandamızın gecə boyu davam edən fasiləsiz fəaliyyəti nəticəsində Birmarket platformasının işi artıq tam şəkildə bərpa olunub. Hazırda müştərilərimiz platforma üzərindən istədikləri məhsulu rahatlıqla sifariş edə bilərlər. Cari sifarişlərin ünvanlara heç bir gecikmə olmadan çatdırılması üçünsə bütün imkanlarımızı səfərbər etmişik.
Bizim üçün ən önəmli dəyər tərəfdaşlarımızın və müştərilərimizin bizə olan inamıdır. Hazırda dəyən ziyanın dəqiq qiymətləndirilməsi aparılır. Məhsullarını anbarımızda saxlayan bütün satıcılarımıza dəyən zərər sığorta mexanizmlərimiz çərçivəsində, tam şəkildə və operativ olaraq kompensasiya ediləcək. Heç bir partnyorumuz bu prosesdə tək qalmayacaq.
Bununla yanaşı, hadisə səbəbindən sifarişi ləğv edilmək məcburiyyətində qalan müştərilərimizə tərəfimizdən xüsusi imtiyazlar təqdim ediləcək. Bu haqda həmin istifadəçilərə platforma daxilində fərdi bildirişlər göndəriləcək.
Bu çətin anlarda bizə dəstək mesajları göndərərək həmrəylik nümayiş etdirən müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik", -deyə açıqlamada bildirilib.
Xatırladaq ki, ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş verən yanğın bu gün səhər saatlarında söndürülüb.

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu