Bitcoin-in qiymətində kəskin dəyişiklik - Proqnozlar özünü doğruldacaqmı?
Kriptovalyuta bazarını izləyən iqtisadçılar hər ilin sonlarına doğru, xüsusən də, noyabr aylarında Bitcoin-in qiymətində kəskin dəyişiklik baş verdiyini söyləyirlər. Adətən azalma ilə baş verən dəyişiklik bu il üçün də gözləniləndirmi? Rəqəmsal dünyaya keçidi sürətləndirən karantin rejimi bu prosesə necə təsir göstərir?
Milli.Az ted.az-a istinadən bildirir ki, kriptovalyuta üzrə ekspert Hüseyn İbadovun sözlərinə görə, son iki ildə Bitcoin-in qiymətində olan azalmanın bu ildə də təkranacağını söyləmək bir qədər səhv olardı: "İlk olaraq bir məsələni qeyd edim ki, Bitcoin qiymətləri bir çox faktorlardan asılıdır. Bu barədə analiktiklərin fikirləri fərqlidi. Bəziləri Bitcoin-in qiymətinin 50 min ABŞ dollarına yaxınlaşacağı ilə bağlı fərziyyələr söyləyirlər. Digərləri isə Bitcoin-in 2017 ildəki pik nöqtəyə çatacağını proqnozlaşdırır və 20 min ABŞ dollar olacağı düşünülür".
Hüseyn İbadov onu da bildirdi ki, Bitcoin digər aktivlərdən fərqli olaraq, texniki və fundamental analizlərlə rahat proqnozlaşdırılmır: "Bunu son 10 ildəki trendlərə baxaraq, müşahidə etmək olar. Çox zaman qiymətlər fərqli tendensiyalar üzrə dəyişib. Son ayalardakı qiymət artımı isə pandemiya səbəbi ilə baş vermiş dünya iqtisadiyatında geriləmə ilə əlaqəli ola bilər. Hazırda investorlar Bitcoin-i qızıl kimi qoruyucu aktiv görür və pulun dəyər itirdiyi dövrdə aktivlərin qorunması üçün istifadə edir".
"Mənim fikrimcə Bitcoin qiymətləri ilin axrına olan dəyəri hazırki və gələcək iqtisadi vəziyyətdən aslı olacaq. Vaksinin tapılacağı təqdirdə ola bilər ki, bəzi investorlar Bitcoin-dən pulunu çəkərək səhm bazarında olan canlanmaya doğru yönəldəcək. Bu zaman dəyər düşə bilər. Hazırki vəziyətdə qiymətlərin oynamasına baxmayaraq Bitcoin son aylarda artır və dəyəri 11 760 ABŞ dolları təşkil edir. Keçən il isə maksimum dəyəri 13 min ABŞ dollarını keçmişdi. Bu ilin sonuna olan proqnoz iqtisadi vəziyətdən aslı olacaq. Əgər iqtisadi böhran daha dərinləşsə və bunun nətəcəsində pulun dəyəri düşsə, bir çox sərmayə alternativ aktivlərə və kriptovalyuta bazarına yönələcək. Bitcoin kriptovalyuta bazarında lider olduğu üçün daha çox müsbət təsir ona olacaq. Əks halda, vəziyyət stabilləşərsə və kriptovalyutaların istifadəsinə qarşı qanun tənzimləmələri olarsa onda qiymətlər düşə bilər. Daha doğrusunu bazar göstərəcək", - deyə ekspert bildirib.
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar