Bitki çayı içərkən bunlara diqqət edin

Bitki çayı içərkən bunlara diqqət edinBitki çayı içərkən bunlara diqqət edin
Bitki çayları qədim zamanlardan bəri insanların önəm verdiyi və təbiblərin məsləhət gördüyü içkilərdir. Bir çox xəstəliyin müalicəsində köməkçi olaraq istifadə edilən bitkilər bir ekspertlə məsləhətləşmədən istifadə edilməməlidir.
Yaşıl çay
Ən güclü antioksidantlardan biridir. Xərçəngin yaranmasının qarşısını alır, xolestrin miqdarını azaldır, ürək-damar sisteminə xeyirdir. Qan təzyiqini aşağı salır, dişlərin çürüməsinin qarşısını alır, diş əti xəstəliklərinə qarşı qalxan yaradır. Maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir və immuniteti gücləndirir.
Çobanyastığı çayı
Yuxusuzluqdan əziyyət çəkən insanlar üçün idealdır. Revmatizma, dəri xəstəlikləri, qastrit, bağırsaq iltihabı kimi xəstəliklərin müalicəsində köməkçi vasitədir. Çobanyastığı çayı stresi azaldır, mədə ağrısının qarşısını alır, əzələləri sakitləşdirir, diş əti xəstəlikləri ilə mübarizə aparır. Həmçinin ağıziçi iltihablarının müalicəsində də qarqara suyu olaraq istifadə edilə bilər.
Razyana çayı
Həzm problemi, mədə ağrısı, qaz və köp kimi narahatlıqlar zamanı istifadə edilə bilər. Xüsusilə də, süd verən analar üçün idealdır. Həm südü artırır, həm də körpədə qaz və köp yaranmasının qarşısını alır.
Gicitkən çayı
Tərkibində yüksək miqdarda dəmir var. Anemiyanın müalicəsində istifadə edilir. Həmçinin həzm sistemini normallaşdırır və orqanları təmizləyir. Sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir. Öskürəyə yaxşı təsir edir, immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.
Sürvə yarpağı çayı (Şalfey)
Latıncadan tərcümədə "sağaltmaq" deməkdir. Zərərli toksinləri bədəndən atır, beyin funksiyalarını inkişaf etdirir və bronxit, astma xəstəliklərinin simptomlarını zəiflədir. Qaraciyəri təmizləyir, sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir. 
Məkkəgülü çiçəyi
Tərkibində yüksək miqdarda C vitamini olan kafeinsiz məkkəgülü çiçəyi (hibiskus) çayı immuniteti gücləndirir. II tip diyabetlərdə qan təzyiqini aşağı salmağa kömək edir. Antioksidantdır, xolestrini aşağı salır, mədə xərçənginin yaranmasının qarşısını alır. Piylənmənin qarşısını alır. Susuzluğu yatırır.
Kəklikotu çayı
Təxminən bir-birindən müxtəlif 350 növü olan kəklikotu çayı güclü antioksidantdır. Öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımlı minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaralarını sağaldır, dişəti xəstəliklərinə qarşı mübarizə aparır. Antiseptikdir, soyuqdəyməni aradan qaldırır, şişkinliyi və stresi azaldır. / oxu.az

Maraqlı       Tarix: 04 mart 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v


son xeberler azerbaycan xeberleri yeni xeberler beynelxalq bank mezenne xeberler azerbaycan xeberler bugun 2026 hava durumu