"Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur

Yeni dünya nizamında ikili standartların ön planda olması, ayrı-ayrı güc mərkəzlərinin təzyiq və təhdid siyasəti qütbləşməyə gətirib çıxarır.
Sülh və sabitlik istəməyənlər bu bloku getdikcə genişləndirirlər. Xüsusilə türkofobiyanın tüğyan etməsi, milli və dini dəyərlərin alçaldılması qlobal oyunçuları strateji müttəfiqlər seçməyə sövq edir. Məhz bu amillər nəzərə alınaraq Türk dünyasının bir yumruq kimi birləşməsi zəruridir. Eyni köklərə, ortaq dilə, dinə və irqə sahib xalqların birliyi olduqca böyük potensialın varlığından xəbər verir.
Tarixin bütün dövrlərində Türk xalqları birliyi prioritet olmuşdur. Enişlər-yoxuşlar olsa da müasir dövrümüzdə bu həmrəylik daha çox özünü göstərir. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan məhz bu birliyin qurucularındandır. Keçmişə nəzər salsaq görərik ki, təzyiqlərə, bəşəri cinayətlərə məruz qalmasına  rəğmən türk dünyasının ümid işığı sönməmişdir. Belə ki, 1937-1938-ci illərdə, xüsusilə sovet dönəminin repressiya dalğasının tüğyan etdiyi dönəmlərdə türkdilli xalqların ən fəal nümayəndələri bu məfkurə uğrunda canlarından keçmişlər. Bu xalqlar qəlbində heç zaman alovu sönməyən Türk dünyası birliyi ideyasını qoruyub saxlamağı bacarmışlar. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan dövlətləri öz müstəqilliklərini əldə etdikdən sonra bu ideya daha geniş vüsət almışdır.
Şübhəsiz ki, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası bütün türk dünyasının qələbəsi kimi qəbul edilir. Xüsusilə, qardaş Türkiyənin Azərbaycana dəstəyi, regiondakı Türkiyə-Azərbaycan tandemi yeni mərhələdə sülh və sabitliyin qarantına çevrilib.
Prezident İlham Əliyevin cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxış, Türk dünyasının birliyini və Azərbaycanın bu istiqamətdəki prioritetlərini açıq şəkildə nümayiş etdirdi. TÜRKPA-nın plenar iclasları, Türk dünyasının birliyinin təzahürü olaraq, ölkələrimizin bu birliyə yönəlmiş böyük səylərini əks etdirir.
Ölkəmizin reallaşdırdığı siyasət müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsi olacaq. Prezident İlham Əliyev çıxışı zamanı bununla bağlı deyib: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Prezident İlham Əliyev bu barədə açıq şəkildə bildirir: "Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur." Bu ifadə, Azərbaycanın Türk dünyası ilə bağlı siyasətinin nə qədər əhəmiyyətli olduğunu vurğulayır.
Akif Teyli, Əməkdar müəllim / azxeber.com

Siyasi       Tarix: 08 iyun 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son durum cəbhədən şad xəbər qarabag son xeberler azerbaycan