BMT Baş Assambleyasının rəhbəri fəaliyyəti və Azərbaycana səfərindən danışıb

BMT Baş Assambleyasının rəhbəri fəaliyyəti və Azərbaycana səfərindən danışıbBMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti olan ilk türk diplomat Volkan Bozkır fəaliyyətini başa vurub.
Azxeber.com xəbər verir ki, V.Bozkır jurnalistlərə açıqlamasında fəaliyyət müddətinin pandemiyaya təsadüf etməsinə baxmayaraq, keçən bir il ərzində BMT Baş Assambleyasının uğurlu qərarlar qəbul etdiyini deyib: "COVID-19 fəaliyyət üsulumuzu dəyişdirdi və bu çətin müddətdə çalışdım ki, vacib görüşlərin internet üzərindən deyil, üzbəüz olmasına şərait yaradım. Fikrimcə, diplomatiyada üz-üzə görüş çox vacibdir və göz-gözə baxaraq nəticələr əldə etmək olar. Bunu internet üzərindən reallaşdıra bilməzsiniz.
Yetmiş beşinci sessiyaya rəhbərlik etdiyim müddətdə BMT-nin Nyu-Yorkdakı əsas binasının normal çalışma rejiminə qayıtması mənim üçün prioritet idi.
BMT Baş Assambleyası təşkilatın plenar iclaslarının və görüşlərinin internet üzərində deyil, birbaşa reallaşdırılmasının yeganə platforması idi. Bundan qürur hissi keçirirəm.
Bu müddət ərzində 67 ölkənin nümayəndələri ilə 100-dən çox birbaşa görüşlər təşkil edərək, 220 qətnamə qəbul etdik. Keçən müddət ərzində mövcud olmuş çətin pandemiya şəraitinə baxmayaraq, bizimlə müştərək olub, öz tövhələrini verən bütün ölkələrə təşəkkür edirəm".
V.Bozkır fəaliyyəti müddətində BMT-nin bir çox sahələrində ciddi islahatlar apardığını bildirib: "Mən BMT-yə gəldiyim vaxt burada ən sürətli sistemin işlədiyini düşünürdüm. Ancaq elə olmadığını gördüm. BMT-nin fövqəladə hallarda hazır vəziyyətə gətirilməsi üçün ciddi işlər gördük. Bu, sadəcə pandemiya deyil, başqa fövqəladə vəziyyətlər də ola bilərdi. BMT daxilində elektron səsvermə sistemini formalaşdırdıq və proseslərin daha çevik şəkildə icrası üçün bir çox qərarlar qəbul etdik. BMT-yə ümid qapısı kimi baxan ölkələri gündəmdə saxlamaq mənim üçün prioritet idi. Bunlar təbii ki, yetərli deyil, ancaq çox böyük yol qət etdik.
Birləşmiş Millətlər Təşkilatının Suriyada, Myanmada ehtiyacı olanlarla ciyin-ciyinə olması bizim üçün çox önəmli idi. Hazırda BMT-nin dünyanın hər yerində 200 000-dən çox əməkdaşı var. Onlar təhsil, humanitar, sülhməramlı, bir sözlə, vacib olan məsələlərdə öz həyatlarını riskə atırlar və uğurla fəaliyyət göstərirlər".
Diplomat prezidentliyi müddətində etdiyi səfərlərdən və qarşılaşdığı hadisələrdən də bəhs edib: "Azərbaycana, Qətərə, Türkiyəyə, Karib hövzəsi ölkələrinə, Rusiyaya, Banqladeşə, Pakistana gedişim zamanı insanların bizim həmin ölkələrdə səfər etdiklərini gördükləri üçün nə qədər xoşbəxt olduqlarının şahidi oldum. BMT-nin bayrağı dünyanın harasında olursa-olsun, insanlara etibar, güvən verən yeganə simvoldur. Getdiyim ölkələrdə BMT bayrağı ilə hərəkət etdiyim avtomobildə insanlar məni alqışlayırdı.
BMT-nin üstünlüyü ondadır ki, insanlar onu sevir və inanırlar. Çünki onların dəstəyə ehtiyacı var. Dünyada BMT kimi heç təşkilat bir yoxdur, o, dünyanın ən güclü və mükəmməl qurumudur".
Qeyd edək ki, V.Bozkır sentyabrın 21-də səhaliyyətlərini BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti, Maldivin xarici işlər naziri Abdulla Şahidə təhvil verəcək.

Siyasi       Tarix: 10 sentyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 novruz bayramı son xeberler azerbaycan valyuta məzənnələri