BMT-dən Azərbaycana TƏŞƏKKÜR
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahid Azərbaycanın bu təşkilatdakı daimi nümayəndəsi Yaşar Əliyevə peyvənd bərabərliyi qətnaməsinə verdiyi dəstəyə görə təşəkkür edib.
Azxeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyası Prezidentinin tviterdəki hesabında qeyd edilib.
"Səfir Yaşar Əliyev, peyvənd bərabərliyinə verdiyiniz dəstəyə görə təşəkkür edirəm", - BMT Baş Assambleyası Prezidentinin tviterdəki hesabında bildirilib.
Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasının peyvənd bərabərliyi ilə bağlı qətnaməsini dəstəkləyib. Daimi Nümayəndəlikdən bildirilib ki, Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının sədri kimi dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvənd təmin etmək üçün qlobal səylərdə liderlik rolunu davam etdirəcək.
"BMT Baş Assambleyasının 76-cı prezidentinin Yeni il qətnaməsinə qoşuluram. Mən peyvənd bərabərliyini dəstəkləyirəm", - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin adından qeyd edilən bəyanatda vurğulanıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı