BNA: "Fakt təsdiqini taparsa, sərnişindaşıma şirkəti cəzalandırılacaq" - VİDEO

BNA: "Fakt təsdiqini taparsa, sərnişindaşıma şirkəti cəzalandırılacaq" - VİDEOBNA: "Fakt təsdiqini taparsa, sərnişindaşıma şirkəti cəzalandırılacaq" - VİDEO
"İddialar sübuta yetirilərsə, həmin sərnişindaşıma şirkəti xətdən uzaqlaşdırılacaq".
Oxu.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda dispenserlərə su töküldüyünə dair iddialara cavab olaraq deyib.
O bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq:
"Belə faktlarla qarşılaşan şəxslərin BNA-ya müraciət etmələri xahiş olunur. Bu videogörüntülər tərəfimizdən müvafiq qaydada araşdırılacaq və iddia olunan faktın doğru olub-olmadığı müəyyən ediləcək.
Sərnişindaşıma şirkətləri tərəfindən bu cür hallara yol verilməsinə dair iddialar öz əksini taparsa, onlar qanunvericilik normaları çərçivəsində cəzalandırılacaq. Bu halda həmin daşıyıcı birmənalı olaraq marşrut xətlərindən kənarlaşdırılacaq.
Ümumilikdə bildirim ki, "BakuBus" avtobuslarında bu kimi məsələlər xüsusilə diqqətdə saxlanılır. Dispenserlər tez-tez doldurulur. Bununla yanaşı, qeyd etmək istərdim ki, həmin qutulara spirt tərkibli məhlullar tökülür. Açıq məkanda istifadə zamanı mümkündür ki, spirt bir qədər buxarlansın. Ona görə də sərnişinlərimizdən bu cür halları anlayışla qarşılamaları rica olunur.
Cəmiyyət arasında həqiqətə uyğun olmayan məlumatlar yaymasınlar. BNA tərəfindən gün ərzində avtobuslara nəzarət edilir. Bəzən belə iddialar görülən işlərə kölgə salmaq məqsədi daşıyır".

Könül Cəfərli

Sosial       Tarix: 27 mart 2020
f Paylaş

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler azerbaycan cəbhədən son məlumat metbuat xeberleri xəbər