Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə
Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə
Müştərilərin itirilməsi, ənənəvi ticarətin azalması kiçik biznesin resurssuz və vəsaitsiz qalmasına gətirib çıxarıb. Məhz buna görə də bəzi sosial şəbəkələr kiçik biznesə onlayn formada inkişaf etmək üçün köməklik göstərməyə başlayıb.
Beləliklə, aşağıda sosial şəbəkələrin şirkətlərə biznesi rəqəmsal modeldə aparmağa necə kömək etdikləri barədə danışacağıq:
"Facebook"
"Facebook" korporasiyası işçilərinin sayı 50 nəfərdən çox olmayan şirkətlərə reklam üçün 100 milyon dollar vəsait ayırıb. Bu şirkətlər dünyanın 30 ölkəsində yerləşir.
Məlumata əsasən, "Facebook" bu proqramdan yararlanmaq istəyən şirkətlər tərəfindən artıq 500 mindən artıq elektron məktub alıb.
Bundan əlavə, şirkət kiçik biznes üçün rəqəmsal hədiyyə kartları yaratmağa imkan verəcək əlavə imkanlar, eləcə də hazır mesaj şablonları təqdim edir.
"Instagram"
"Instagram" kiçik biznesə müştərilərlə əlaqə qurmağa, o cümlədən interaktiv xidmətlərdən və təzə stikerlərdən yararlanmağa imkan verəcək yeni üsullar tətbiq edib.
Stikerləri digər istifadəçilərlə paylaşmaq mümkündür. Bundan savayı, "Instagram" profilində müştərilərə seçdikləri platforma vasitəsilə bilavasitə alış-veriş etməyə imkan verəcək yeni düymələr əlavə etmək olar
"YouTube"/ "Google"
"YouTube"/ "Google" bütün dünya üzrə kiçik biznesin reklamına 340 milyon dollar ayırıb. "YouTube" kiçik biznesə kömək edəcək yeni aləti də işə salıb ki, bunun da vasitəsilə statik şəkil, mətn və loqotipləri cəld animasiya etmək mümkündür.
Videoreklama ehtiyacı olan kiçik biznez üçün bu, bahalı çəkilişi əvəz edə bilən ucuz alternativ ola bilər
"Pinterest"
Mart ayının sonunda "Pinterest" reteylerlərə öz profillərinin yanında mavi işarə yerləşdirməyə imkan verən "Verified Merchant Program"ını işə salıb. Şirkət, həmçinin birbaşa "Pins"dən alış-veriş üçün yeni yollar təqdim edib.
Bundan savayı, "Pinterest Shop"da kiçik biznesi dəstəkləmək üçün bir sıra məhsullar peyda olub ki, bunlar da şirkətlərə öz biznesini şəbəkədə inkişaf etdirməyə kömək edəcək.

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb