Böyrək çatışmazlığı olan şəxslər qidalanarkən bu qaydalara riayət etməlidirlər
Kəskin böyrək çatışmazlığı böyrəklərin öz funksiyasını yerinə yetirə bilməməsi deməkdir. Bunun nəticəsi olaraq böyrəklər bədəndə olan zəhərli maddələri xaric edə bilmir. Bu zaman orqanizmdə olan su və mineral duzların tarazlığı pozulur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Milli.Az-a verilən məlumat agörə, böyrək çatışmazlığının müalicəsi zamanı və müalicədən sonra böyrəkləri qorumaq üçün düzgün qidalanma həlledici rol oynayır. Bu xəstəlikdən əziyyət çəkən insanlara ev yeməklərinə üstünlük vermək məsləhət görülür. Yağlı və xəmir yeməklərinin istehlakının azaldılması tövsiyə olunur. Böyrək xəstəliyi olan insanlar duzsuz və ya tərkibində az miqdarda duz olan qidalara üstünlük verməlidirlər.
Böyrək xəstəliyindən əziyyət çəkən insanlar qida rasionundan spirtli içkiləri çıxarmaqla yanaşı, tütün məhsullarından da mümkün qədər uzaq durmalıdırlar. Eyni zamanda onlar kalium tərkibli qida məhsullarından-banan, portağal, kartof, ispanaq və pomidordan istifadəni mümkün qədər azaltmalıdırlar. Həmçinin natrium tərkibli qida məhsullarından-konservləşdirilmiş, dondurulmuş, hazır qida və fəstfudların, eləcə də fosfor və zülal tərkibli qidalardan-ət, süd, qoz-fındıq, paxlalı bitkilər və quru meyvələrin istehlakı məhdudlaşdırılmalıdır.
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ