Böyük bir biznes təsəvvür edin

Böyük bir biznes təsəvvür edinBöyük bir biznes təsəvvür edin
Fəxri Ağayev yazır...
Böyük bir biznes təsəvvür edin. 
Sahibkar 90-cı illərdə biznesə başlayır. Müxtəlif çətinliklərlə, əziyyətlə, əzmkarlıqla şirkəti böyüdür, miqyasını artırır. Ancaq özü və yanında olan iki nəfərlə başlayan biznesin bu gün artıq bir neçə min əməkdaşı və çox sayda şirkətləri var.
Şirkətlər fərqli istiqamətlərdə fəaliyyət göstərir, xaricdən məhsullar və xam maddə gəlir, mağazalar açılır, şəbəkə qurulur, müasir reklam və marketinq tədbirləri görülür, lakin mərkəzi idarəçi şirkətdə üst rəhbərlərin maraqları toqquşmağa başlayır. 10 il öncə ancaq sahibkarın əzmkarlığı və iradə gücü ilə şirkət idarə edilə bilərdi, amma böyüyən həcmli işdə bu, mümkün deyil.
Buna mühüm bir əlavə daha var – müştəri davranışlarında son illərdə müşahidə edilən dəyişiklik. Bu gün Azərbacan müştərisi artıq daha rasional qərar verən, öz haqlarını bilən, məhsul və ya xidmət barədə bəzən satıcıdan daha çox məlumatlı olan bir insandır. O, ancaq qiymətə və ya məhsula baxmır, həm də xidmət keyfiyyətinin yüksək olmasını gözləyir. 
İllərlə bütün mövzularda şəxsən qərar verməyə öyrəşmiş insan artıq öncəki kimi hər şeyi çatdırmır və qalır ciddi yol ayrcında – bütün işlərə müdaxilə edəndə əsas və strateji işlər qalır diqqətsiz. Böyük layihələrə ayrılanda isə artıq yerlərdə doğru qərarlar alacaq adamlar olmur. 
Buna "qurucu-sahibkar tələsi" deyirlər – şirkət sahibkarın şəxsinin tələsinə düşür və artıq irəli getməkdə çətinlik çəkir.
Şirkətlərə müasir bazar tələblərinə cavab verən xüsusiyyətlərdə rəhbərlər və peşəkarlar lazımdır – amma bu adamları ancaq maaşla cəlb etmək olmur, onlara əlavə cəlbedici məqamlar və doğru şərait də təmin edilməlidir. Bu insanların iş rejimindən danışıq tərzi və qərarlara münasibətinə qədər hər şey fərqlidir. Onlarla işləmək belə ayrı bir bilik tələb edir. 
Bir zamanlar işə insanları alarkən və rəhbər təyin edərkən ən öndə olan meyar "etibar" idi – bu gün isə illərlə şirkətdə işləyən etibarlı insanların bilikləri və müasir təcrübələri artıq şirkəti nəinki yerində tutmağa yetərli deyildir, onlar şirkəti artıq geri çəkirlər.
Yaş isə irəliləyir. Sahibkar yaşlandıqca enerjisi azalır, illərlə gərgin iş rejimində işlədiyinə görə səhhətində problemlər başlayır, amma işdən yarım günlük belə ayrılanda, telefonu zənglərlə dolur. Cavab verməsə, iş dayanır – sahibkar tələsi budur. Artıq sağlamlığa ciddi diqqət və zaman ayırmaq vaxtıdır.
Övladları böyüyür, amma kimisi atasının biznesini davam etdirmək istəmir, kimisi də böyük biznesi idarə edəcək bacarıqda və bilikdə deyil. Varislik problemi haqda öncəki məqalələrimdən birində yazmışdım və bu gün bir çox böyük sahibkarı düşündürən məsələdir. Sahibkar anlayır ki, şəxsən özü işin üzərində durmasa, ətrafında olan insanlar bilərək və ya bilməyərək, biznesə zərər verəcəklər və övladının bilik və psixoloji gücü bunun qarşısını almaq üçün yetərli olmayacaq.
Şirkətin qurucusu və sahibkarı özüdür, amma özünü sahibkar kimi bir gün belə hiss etmir, çünki bütün zamanı şirkətlərin, insanların, proseslərin idarəçiliyində keçir. 
Şirkətin fəaliyyətlərini artıq böyütmək və xaricdə işə başlamaq istəyən sahibkar sürprizlə qarşılaşır - xaricilərlə işləmək üçün hazır deyil.
Öncəki dövrdə verdiyi qərarların əksəriyyətinin doğru olması ona mənəvi güc verirdi, amma son bir neçə ildə artıq ciddi qərar vermə sıxıntısı yaşayır və yeni şərtlərdə bilik və təcrübələrinin yetərsiz olduğunu görür. 
Və bütün bunları yaşayan sahibkar bəzi vacib məsələləri fərqli görməyə və dəyərləndirməyə başlayır
O anlayır ki :
- şirkətdə artıq o, özü işləməli deyil;
- şirkətə müasir biliklərə və təcrübələrə malik insanlar cəlb edilməlidir;
- şirkətdə elə sistem qurulmaldır ki, iş şəxslərə bağlı olmasın;
- şirkətin uzunmüddətli və davamlı sabitliyi əhəmiyyətlidir;
- şəxsən özünün verdiyi qərarlar irəli getmək üçün artıq yetərli deyil;
- sahibkarlıq və idarəçiliyin biri-birindən fərqlənən fəaliyyətlər olduğunu və öhdəlik və vəzifələrdən ibarət olduğunu anlayır.
Əslində, bu problemlərin çözümü var. Tək bir çözümü var.
Türkiyədə ali təhsil alarkən, böyük şirkətlərdə diqqətimi çəkən bir söz vardı - "kurumsallaşma". 
İngiliscəsi "Corporate Governance" olan bu sistemin ana mahiyyəti və tərkib hissələri bunlardır:
- biznesin mülkiyyəti və sahibkarlıq haqqı sahiblərinə - investorlarına aiddir;
- şirkətin idarəçiliyi peşəkarlara etibar edilir;
- vacib prinsiplərə əsaslanan bu sistemin onurğa sütunu ŞƏFFAFLIQ prinsipidir.
İdarəçilikdə dərin bilikləri olmayan şirkət sahiblərinə təcrübə baxımından ciddi dəstəyin verilməsi üçün şirkətdə direktorlar şurası təşkil edilir və ora uzun illər boyunca praktiki təcrübəsi və dərin müasir bilikləri olan tanınmış peşəkarlar cəlb edilir.
Korporativ idarəetmə sistemi olan şirkətlərin əsas üstünlükləri kimi bunları qeyd etmək olar:
- Şirkətdə sahibkarlıq və idarəçilk funksiya, öhdəlik və məsuliyyətləri dəqiq ayrılmış olur;
- Ancaq bu, o demək deyil ki, sahibkar idarəçilikdən uzaqlaşmış olur, əksinə, peşəkarlar onun qarşısında məsuliyyət daşıyır və daim hesabat verir;
- Şirkətin fəaliyyəti artıq işçilərə, əməkdaş və mütəxəssislərə deyil, sistemlə bağlı olur;
- Şirkətin fəaliyyətləri tam şəffaf olduğuna görə ən güclü qoruma olan qanunların qoruması altında olur firma;
- Xaricdən investisiya cəlb edilməsi zaman investorlar tərəfindən diqqət edilən ən vacib ünsür bu sistemin olmasıdır, çünki investorların düşüncələrinə görə korporativ idarəetmə sistemi idarəçilərin dəqiqliyi, dürüstlüyünü və şəffaflığını təmin edir.
Bu gün artıq böyüməkdə olan orta və böyükmiqyaslı Azərbaycan şirkətlərinin idarəetmədə yeni keyfiyyət səviyyəsinə keçmə zamanı gəldi – peşəkarlar cəlb ediləcək, fəaliyyət tam şəffaf və qanunlara görə olacaq.
Dəyərli sahibkarlar!
Artıq illərdir üzərində işlədiyiniz və qurduğunuz biznesin sağlamlaşdırılması, Sizlərin isə həyatın dadını çıxarma zamanı gəldi! /oxu.az

Sosial       Tarix: 05 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler azerbaycan xeberleri yeni xeberler zelzele valyuta mezennesi son xeberler bugun 2026 azerbaycan cəbhədən son xəbərlər