Böyük övlad qəbiristanlıqda yatır, kiçik isə soyuq döşəmədə uzanır: Ağdaşda dəhşətli hadisə - FOTO/VİDEO

Böyük övlad qəbiristanlıqda yatır, kiçik isə soyuq döşəmədə uzanır: Ağdaşda dəhşətli hadisə - FOTO/VİDEOBöyük övlad qəbiristanlıqda yatır, kiçik isə soyuq döşəmədə uzanır: Ağdaşda dəhşətli hadisə - FOTO/VİDEO
Mənə qadın müraciət edərək bildirib ki, rayonun Məşyad kəndində 15 yaşlı Polad və bir yaşlı Adəm dözülməz şəraitdə yaşayır. Kəndə gedib dəhşətə gəldim, uşaqların anası evdə yox idi, ancaq atasını tapa bildim. O isə uşaqlara laqeyd davranırdı.
Bununla bağlı Media.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquqşünas Kəmalə Ağazadə məlumat verib.
Böyük övlad qəbiristanlıqda yatır, kiçik isə soyuq döşəmədə uzanır: Ağdaşda dəhşətli hadisə - FOTO/VİDEOOnun sözlərinə görə, kişi Poladın ögey, balaca Adəmin isə bioloji atasıdır.
"Onları görəndən bəri özümə gələ bilmirəm. Orada vəziyyət eynilə Somalidə olduğu kimi idi. Evdə qaz yoxdur, qaldıqları yer antisanitar şəraitdədir, həyətdə tonqal qalayıb makaron bişirirlər. Qoxu, kir, hər yerdə milçəklər uçur...", - K.Ağazadə deyib. 

O bildirib ki, Polad xəstədir, başında infeksiyadan yaralar var:
"Bunun nə infeksiya olduğu bilmirəm. Bəlkə, herpes ya da göbələk xəstəliyidir".
Hüquq müdafiəçisi qeyd edib ki, bu ailə əvvəllər Bərdə rayonunda yaşayıb, sonra bura köçüblər:
"Ögey atası Poladı gündəlik yeddi manata heyvan otarmağa məcbur edib. Buna görə də Polad üçüncü sinifdən sonra məktəbə getməyib. O, təhsilini davam etdirmək istəsə də, atasının təhdidlərinə görə bunu edə bilmir. Atasının ona mütəmadi olaraq təzyiq etməsindən bezib, bu səbəbdən tez-tez evdən qaçaraq qəbiristanlıqda gizlənir. Uşaq belə yaşamalıdırmı?"
Qonşuların sözlərinə görə, Poladın bioloji atası yaxşı insan olub, Gəncəyə köçərkən oğlunu da aparmaq istəsə də, anası buna qarşı çıxıb. İndi atası barədə dəqiq məlumat olmasa da, ağır xəstə olduğu məlumdur.
Böyük övlad qəbiristanlıqda yatır, kiçik isə soyuq döşəmədə uzanır: Ağdaşda dəhşətli hadisə - FOTO/VİDEO"Azərbaycanda doqquzuncu sinfə kimi təhsil icbaridir. Amma heç kim maraqlanmır ki, Polad niyə məktəbə getmir. Anası Poladı müalicə etdirməyə çalışsa da, regional xəstəxanalar bundan imtina ediblər. Onlar rayon icra hakimiyyəti rəhbərliyi ilə görüşmək istəsələr də, onları heç qapıya yaxın buraxmayıblar", - K.Ağazadə əlavə edib.
Böyük övlad qəbiristanlıqda yatır, kiçik isə soyuq döşəmədə uzanır: Ağdaşda dəhşətli hadisə - FOTO/VİDEOK.Ağazadə bildirib ki, həmin ailənin yaşadığı daxmaya girərkən uşağın yerdə süründüyünü görüb:
"Qazın olmamasına görə ev çox soyuq idi. Uşaq titrəyirdi, soyuqdan göyərmişdi. Ac olduğu, zəif qidalandığı üçün milçəklər onun üzərində gəzəndə belə reaksiya verə bilmirdi. Bu cür valideynləri valideyn hüququndan məhrum etmək lazımdır.Uşaqlara yalnız qonşular yemək verir. Anaları isə onlara baxmır. Bu uşaqlara tibbi yardım göstərilməlidir".
Böyük övlad qəbiristanlıqda yatır, kiçik isə soyuq döşəmədə uzanır: Ağdaşda dəhşətli hadisə - FOTO/VİDEO

Sosial       Tarix: 04 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı ən son xəbərlər bugunun xeberleri xeber.az son xeberler