bp ƏMSSTQ sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirəcək

bp ƏMSSTQ sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirəcəkbp Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahə (AYDS) daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirəcək.
bp bütün maraqlı tərəfləri 30 sentyabr 2020-ci il tarixində saat 14:00-dan 16:00-dək "Microsoft Teams" vasitəsilə onlayn rejimdə keçiriləcək açıq virtual görüşdə iştirak etməyə dəvət edir.
ƏMSSTQ sənədlərinin layihə versiyası və rəy formaları 28 avqust 2020-ci il tarixindən BP-nin vebsaytına yerləşdirilmişdir və onları aşağıdakı link vasitəsilə yükləmək mümkündür:
Görüş zamanı bp tərəfindən təqdimatlar ediləcək və ƏMSSTQ-nin layihə versiyası haqqında auditoriyanın sualları cavablandırılacaq, həmçinin şərh və rəylər dinləniləcək. Rəy və təklifləri həmçinin bizim www.bp.com/Azerbaijan vebsaytımıza daxil olmaqla və ya [email protected] elektron ünvanına göndərməklə də təqdim etmək olar.
Görüşə aşağıdakı linklərdən biri və ya QR kodu vasitəsilə qoşulmaq olar:
Join Microsoft Teams Meeting və ya https://go.bp.com/myVST
Learn more about Teams | Meeting options
Kompüterdən qoşulma
Mobil telefondan qoşulma
"Microsoft Teams" vasitəsilə görüşə qoşulmaq üçün təqdim edilmiş linkdən istifadə edin. Bu linkin açacağı səhifədə siz görüşə ya veb vasitəsilə ya da kompüter proqramını yükləməklə qoşula bilərsiniz. Əgər sizdə artıq Teams proqramı varsa, görüş avtomatik şəkildə açılacaq.
Əgər sizin Teams hesabınız yoxdursa və görüş təşkilatçısı bu funksiyaya icazə veribsə, siz adınızı daxil etməklə, görüşə "qonaq" qismində qoşula bilərsiniz.
Əgər sizin Teams hesabınız vardırsa, o zaman Sign in bölməsinə daxil olmaqla görüşə qoşula bilərsiniz (onun yazışma (chat) və əlavə funksiyalarına giriş imkanı əldə etməklə).
Audio, video və məzmun bölüşmə funksiyaları da daxil olmaqla, mobil telefonda Teams proqramından ən yaxşı şəkildə istifadə edə bilmək üçün Teams proqramının mobil versiyasını yükləməli və quraşdırmalısınız.
Əgər bu proqram sizdə varsa, proqramı açıb görüşə qoşulmaq üçün "Join Microsoft Teams Meeting" linkindən istifadə edin. Əgər bu proqram telefonunuzda yoxdursa, qeyd edilmiş link sizi "app store" platformasına yönləndirəcək və siz oradan həmin proqramı yükləyə bilərsiniz.
Əgər Teams hesabınız yoxdursa, "qonaq"qismində görüşə qoşulmaq üçün "Join as a guest" bölməsini seçin və adınızı daxil edin.
Əgər Teams hesabınız varsa, o zaman görüşə qoşulmaq (proqramın yazışma (chat) və əlavə funksiyalarına giriş imkanı əldə etməklə) üçün "Sign in and join" bölməsini seçin.
Qeyd: Proqramı görüş başlamamışdan əvvəl yükləməyə çalışın. Proqramın yüklənməsi internet bağlantınızdan asılı olaraq bir yaxud iki dəqiqə vaxt apara bilər.
Əlavə məlumatlar üçün bp-nin Normativ tələblər və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova ilə əlaqə saxlamağınız xahiş olunur:
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 28 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd


yeni xeberler son xeberler azerbaycan xeberleri şou biznes xəbərləri idman xeberleri azerbaycanda son xeberler oxu.az xeberler