Britaniya astronomları tarixdə ən böyük kosmik partlayışı aşkar etdilər: Qara dəlik səbəb olub? - FOTO
Britaniya astronomları tarixdə ən böyük kosmik partlayışı aşkar etdilər: Qara dəlik səbəb olub? - FOTO
Britaniya astronomları müşahidələr tarixində ən böyük kosmik partlayışı aşkar ediblər.
Bu partlayış üç ildən artıqdır ki, davam edir.
Bu barədə "The Guardian" nəşri "Kral Astronomiya Cəmiyyətinin aylıq qeydləri" ("Monthly Notices of the Royal Astronomical") jurnalında dərc edilmiş araşdırmaya istinadən məlumat verib.
Alimlər qeyd edirlər ki, AT2021lwx adı verilən partlayış supermassiv qara dəliyin nəhəng qaz buludunu udması nəticəsində baş vermiş ola bilər.
"Bizim hesablamalarımıza görə, bu alov topu Günəş sistemindən yüz dəfə böyükdür və günəşdən iki trilyon dəfə daha parlaqdır. Üç il ərzində partlayış zamanı Günəşin ömrünün on milyard ilində buraxacağı enerjidən yüz dəfə çox enerji ayrılıb", - deyə nəşr İngiltərədəki Sauthempton Universitetinin tədqiqat işləri üzrə rəhbəri Filip Uayzmenin sözlərindən sitat gətirib.
Alim bildirib ki, partlayış əvvəlcə astronomların diqqətini cəlb etməyib, lakin onun parlaqlığı artdıqca əlavə müşahidələrin aparılmasına qərar verilib. Xüsusilə partlayışa qədər olan məsafəni təyin etmək mümkün olub ki, bu, səkkiz milyard işıq ili təşkil edib. Bundan sonra hadisənin miqyası bəlli olub.



/ oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR