Britaniya monarxiyasında qalmaqal: Taxt "əlahəzrət" titulundan məhrum edilən Şahzadə Harriyə keçə bilər
Britaniya monarxiyasında qalmaqal: Taxt "əlahəzrət" titulundan məhrum edilən Şahzadə Harriyə keçə bilər
III Çarlzın xəstəliyi xəbəri Britaniya taxtının taleyi ilə bağlı qorxuları artırıb. Xəstəxanada olan kralın vəzifələrini böyük oğlu yerinə yetirməlidir. Ancaq Kembric hersoqinyası Keyt Middlton da ağır vəziyyətdədir - o bu yaxınlarda əməliyyat olunub, təfərrüat isə ictimaiyyətə açıqlanmır. Bununla əlaqədar olaraq, şahzadə Uillyam xəstə həyat yoldaşının yanında olmaq üçün bütün rəsmi işlərini ləğv edib.
Beləliklə, taxta müvəqqəti namizəd kimi açıq şəkildə kral ailəsindən imtina edən, hazırda həyat yoldaşı Meqan Marklla biznes və yaradıcılıqla məşğul olan şahzadə Harri qalır.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında Şahzadə Harri və Meqan Markl krallıq vəzifələrindən istefa verib, kral statuslarını itiriblər. 2021-ci ilin martında Şahzadə Harri və Meqan Markl məşhur aparıcı Opra Uinfriyə qalmaqallı müsahibə verərək, kral ailəsini laqeydlik, daimi təzyiq və irqçilikdə ittiham ediblər. O vaxtdan bəri hersoqlarla Kral III Çarlz və onun qohumları arasında münasibətlər gərgin olaraq qalır. Şahzadə Harri bir sıra səmimi müsahibələr verdikdən və özünün avtobioqrafik "Spare" kitabını buraxdıqdan sonra vəziyyət daha da gərginləşib. Böyük Britaniyanın kral ailəsinin rəsmi saytı Şahzadə Harrinin "əlahəzrət" titulunu yığışdırıb. Hazırda Şahzadə Harri həyat yoldaşı və iki uşağı ilə birlikdə ABŞ-də yaşayır.
Mənbə: KP.ru / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR