"Bu, baş versə Aİ missiyası Azərbaycan-Ermənistan sərhədindən çıxmağa məcbur olacaq" - YENİ DETALLAR

Avropa Birliyinin Ermənistana yerləşdirdiyi müşahidə missiyası şərti sərhəddə kəşfiyyat məlumatları toplamaqda davam edir. Bütün sərhəd boyu səpələnən avropalı missionerlər əllərində binoklla Azərbaycan tərəfə boylanmaqla məşğuldurlar. Bütün hərəkətləri Azərbaycan hərbçiləri tərəfindən izlənilən müşahidəçilər heç nəyə məhəl qoymadan öz işlərini davam etdirirlər. Aİ isə Ermənistandakı müşahidə missiyasının mandatını daha iki il artırıb və avropalı kəşfiyatçılar hələ 2027-ci ilə qədər şərti sərhəddə Azərbaycana tərəf boylanmağa davam edəcəklər. Bəs onların vaxtından əvvəl Ermənistan-Azərbaycan şərti sərhəddindən yığışdırılması mümkündürmü?
Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi Murad Sədrəddinov bildirib ki, məsələ bu gün Ermənistanla Azərbaycan arasında müzakirə olunur:
"Çox güman ki, bu məsələnin son nöqtəsi sülh müqaviləsi ilə bağlı qərarlar qəbul olunarkən həllini tapacaq. Ermənistan tərəfi də buna işarələr verib ki, sülh müqaviləsi imzalanandan, delimitasiya prosesi bitəndən sonra Aİ missiyasına ehtiyac qalmayacaq".
Sülh müqaviləsinin bağlanma ehtimalının çox olmasına toxunan politoloq bildirib ki, Paşinyanın son çıxışları buna işarədir"
"Paşinyanın son çıxışında Ermənistanın Konstutusiyasına dəyişiklik olunması və təhlükəsizliklə bağlı bölümə şərh verməsi böyük ümidlər yaradır. Paşinyan bildirib ki, bu gündən sonra böyük güclərin imkanlarına bel bağlamamalıyıq. Konsepsiyamız birmənalı şəkildə qonşularla münasibətlərin bərpası istiqamətində olacaq. Bu, onu göstərir ki, artıq onlar Konstitusiyada dəyişiklik eləmək istəyirlər. Bunu etsələr artıq sülh müqaviləsinin imzalanması üçün əsas, vacib və ən ciddi maneə aradan qaldırılacaq".
Daha sonra ATƏT-in Minsk Qrupunun saxlanlıması üçün Ermənistan müxalifətinin səylərinə toxunan M.Sədrəddinov bildirib ki, bunu son mətbuat konfransında qabardan Köçəryandır və onun da mövqeyi aydındır:
"Bilirsiniz ki, bu adam Rusiya tərəfindən Ermənistan müxalifətinin əsas fiquru kimi qəbul edilir. Deməli, Köçəryan Rusiyadan idarə olunur. Çox güman ki, mətbuat konfransı keçirməsi də Rusiyadan gələn göstərişlə bağlıdır. Rusiya güman edir ki, Minsk Qrupunu saxlamaqla gələcəkdə yenə Azərbaycan-Ermənistan arasında münasibətlərə təsir imkanları ola bilər. Moskva istəyir ki, Rusiya nə vaxtsa bundan yenə də manipulyasiya etsin. Ermənistan tərəfi də çox güman ki, sülh müqaviləsi paketində bu məsələni birdəfəlik bağlayacaq".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 21 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun son xeber.az en son xeberler cəbhədən son xəbərlər