Bu dərmanlar COVID-19-un ilkin mərhələsində effektivdir

Bu dərmanlar COVID-19-un ilkin mərhələsində effektivdirBu dərmanlar COVID-19-un ilkin mərhələsində effektivdir
Bütün dünyanı cənginə alan COVIİD-19-la mübarizə tədbirləri sürətlə davam etdirilir. Lakin dünyada hər gün koronavirusdan sağalanlarla yanaşı xəstəliyə yoluxanların da sayında artım müşahidə olunur. Hazırda əhali arasında dörd koronavirusun sirkulyasiyası məlumdur (HcoV-229E, OC43, NL63 və HKU1), onlar KRVİ-nin strukturunda iştirak edirlər, yuxarı tənəffüs yollarının yüngül və orta dərəcədə zədələnməsinə səbəb olurlar. COVID-19 isə yeni təkzəncirli RNT tərkibli koronavirus olduğundan onun patogenezi tam öyrənilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi tərəfindən hazırlanan təlimatlarda qeyd olunub. Məlumatda bu gün COVID-19-un müalicəsi üçün etiotrop terapiya üzrə tövsiyələrin mövcud olmadığı deyilir.
Epidemioloji xüsusiyyətləri haqqında məlumatlar çox məhdud olan COVID-19 infeksiyanın ilkin mənbəyi təyin olunmayıb. Hazırda infeksiyanın əsas mənbəyi xəstə, eləcə də xəstəliyin inkubasiya dövründə olan insandır. İnfeksiyanın ötürülmə yolları hava-damcı (öskürdükdə, asqırdıqda, danışdıqda), hava-toz və təmasdır. Ötürülmə faktorları: hava, ərzaq məhsulları və məişət əşyalarıdır.
Yaşlı xəstələrin müalicəsində virus etiologiyalı infeksiyalarda geniş spektrli təsirə malik olan ribavirin preparatından istifadə olunur. Bu preparatdan Çində, Sinqapurda və digər ölkələrdə ağır kəskin respirator sindromun müalicəsində istifadə olunub, lakin bu preparatın kəskin əlavə təsirləri (ilk növbədə, anemiya və hipoksemiya) olduğu üçün onu ehtiyatla qəbul etmək lazımdır. SARS və MERSCoV-la bağlı atipik pnevmoniyalı xəstələrin müalicəsinin kliniki təcrübəsi əsasında əldə olunmuş məlumatlarda virus əleyhinə müxtəlif preparatlar daxil olan bir neçə müalicə sxemi irəli sürülüb (ribavirin lopinavir və ritonavirlə birgə).
MERS-CoV-un törətdiyi infeksiyanın əvvəllər aparılmış invitro tədqiqatları göstərib ki, 1 (İFN) tipli interferon inhibəedici fəaliyyətə malikdir, İFN-betta ən güclü inhibəedici fəaliyyət göstərir. Ehtimal olunur ki, iltihab əleyhinə sitokinlərin xeyrinə sitokin balansını qarışdırmaq qabiliyyəti hesabına İFN-betta preparatları müsbət patogenetik effekt yarada bilər. İmmunəvəzedici və immunomodulyasiyaedici preparatlar xəstəliyin erkən mərhələlərində effektivdir.
Respirator traktın aşağı hissələrinin zədələnməsi (pnevmoniya) ilə keçən koronavirus infeksiyalarının müxtəlif kliniki formalarına yoluxmuş pasiyentlərə antimikrob preparatlar (amoksisillin/klavulanat, respirator ftorxinolonlar – levofloksasin, moksifloksasin, 3 və 4-cü nəsil sefalosporinlər, karbapenemlər, linezolilər və s.) təyin olunur.
Antibiotiklərin seçimi və istifadəsi xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən, rezistent mikroorqanizmlərlə qarşılaşmaq riskinin analizindən, mikrobioloji diaqnostikanın nəticələrindən asılıdır. Kritik vəziyyətdə olan pasiyentlərə inhibitor-qorunmuş aminopenisillinlər, seftarolin, respirator ftorxinolonlar təyin olunmalıdır. Beta-laktamlar makrolidlərlə vena daxilinə vurulmalıdır. 
Təsdiq olunmuş stafilokokk infeksiyasında (metisillinə davamlı stafilokokkların aşkar olunması zamanı) xəstəliyin gedişində müsbət dinamika olmadıqda, yüksək antistafilokokk və antipnevmokokk aktivliyə malik preparatlar təyin olunmalıdır (linezolid, vankomisin).
Xatırladaq ki, Azərbaycanda bu günədək koronavirusa yoluxduğu aşkarlanan 1717 nəfərdən 1221-i müalicə olunaraq sağalıb. Ölkə ərazisində 130 minə qədər COVID-19 testi aparılıb.

Sosial       Tarix: 29 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler az son xeberler azerbaycan krminal bu gun en son xəbərlər bugün