Bu əməliyyat da icbari tibbi sığorta ilə edilir

Bu əməliyyat da icbari tibbi sığorta ilə edilirÇəpgözlük (strabizm) əməliyyatı icbari tibbi sığorta hesabına həyata keçirilir.
KONKRET.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 379 çəpgözlük əməliyyatı icra olunub. Əməliyyatın məqsədi xəstələrin görmə qabiliyyətini bərpa etmək və ya saxlamaqdır.
Uşaqlıq dövründə vaxtında aparılan konservativ müalicə tədbirləri və cərrahi əməliyyat görmə qabiliyyətinin bərpası və sosial həyat keyfiyyətinin artırılması üçün mühüm əhəmiyyət daşıyır. Əməliyyatın 3-5 yaşlarda icra edilməsi daha məqsədəuyğundur.
Çəpgözlük əməliyyatı müdaxilə olunan əzələlərin sayına görə dəyişir və 1-2 saat davam edə bilir. Sözügedən əməliyyat pasiyentin ümumi vəziyyətindən və yaşından asılı olaraq lokal və ya ümumi anesteziya altında icra olunur. Əməliyyat zamanı gözü hərəkət etdirən (ekstraokulyar) əzələlər tənzimlənərək gözlərin simmetrik vəziyyətə gətirilməsi təmin edilir. Prosedurdan əvvəl xəstənin vəziyyətinin qiymətləndirməsi üçün oftalmoloji müayinələr, tibbi göstərişə əsasən elektromioqrafiya, elektroensefaloqrafiya, ultrasonoqrafiya və lazımi hallarda MRT və ya KT kimi diaqnostik üsullar tətbiq olunur. Əməliyyatdan sonra tam bərpa orta hesabla 1-2 həftə (bəzən 4 həftəyədək) çəkir.
Əməliyyatdan əvvəl və sonra tələb olunan instrumental və laborator müayinələr, xəstəxanada yatış zamanı istifadə olunan dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən təmin edilir.
Sözügedən xidmət icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində tibbi göstəriş və həkim təyinatına əsasən icra olunur.
Məlumat üçün bildirək ki, çəpgözlük göz almalarının orbitada fərqli mövqelərə malik olduğu və sinxron hərəkətləri həyata keçirə bilmədiyi patoloji haldır. Bu vəziyyət bir və ya hər iki gözün müxtəlif istiqamətlərə baxması ilə xarakterizə olunur. Çəpgözlük yalnız estetik deyil, həm də funksional çətinliklərə səbəb olur. Gözlərin müxtəlif istiqamətlərə baxması nəticəsində beyin hər iki gözdən fərqli görüntülər alır, beləliklə mərkəzi sinir sistemi ikili görmədən müdafiə olunmaq üçün çəp gözdən alınan görüntünü ləğv edir (binokulyar görmənin pozulması). Belə bir vəziyyət xüsusilə uşaqlarda uzun müddət mövcud olanda ambliopiya (göz tənbəlliyi) yaradır. Ambliopiya gözlərdən birinin görmə prosesində iştirak etməməsi ilə xarakterizə olunur. Oftalmologiyada ambliopiya görmənin birtərəfli zəifləməsinin aparıcı səbəblərindən biri kimi dəyərləndirilir.

Sağlamlıq       Tarix: 02 dekabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi. KONKRET.azoxuaz-a istinadən bildirir ki, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadə

Ucuz qiymətə satılır, faydaları isə saymaqla bitmir – EKSPERT AÇIQLADI

Son dövrlər Bakının balıq bazarlarında kilkəyə marağın artdığı müşahidə olunur. Digər balıq növləri ilə müqayisədə daha münasib qiymətə satılan kilkə həm əlçatanlığı, həm də zəngin qida tərkibi ilə istehlakçıların diqqətin

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler az son xeberler bugun beynelxalq bank mezenne hava durumu