Bu əməliyyat da icbari tibbi sığorta ilə mümkündür

Bu əməliyyat da icbari tibbi sığorta ilə mümkündürDiafraqmanın qida borusu dəliyinin yırtığı diaqnozu kontrastlı ezofaqoqrafiya (qida borusunun rentgenoloji müayinəsi) əsasında qoyulur.
KONKRET.az xəbər verir ki, kontrast maddə kimi barium sulfat suspenziyası qəbul etdikdən sonra rentgenoloji müayinə aparılır. Əlavə diaqnostika üçün qida borusunun və mədənin endoskopik müayinəsi aparıla bilər. Bu prosedur qida borusunun selikli qişasının vəziyyətini və ağırlaşmaların inkişaf riskini qiymətləndirməyə imkan verir. Bəzən kompleks diaqnostika üçün ümumi klinik müayinələr və döş qəfəsinin kompüter tomoqrafiyası (KT) aparılır.
Anadangəlmə diafraqmal yırtıq diaqnozu isə doğuşa qədər prenatal ultrasəs müayinəsi, doğuşdan sonra döş qəfəsi orqanlarının rentgen müayinəsinin köməkliyi ilə qoyulur. Bütün bu müayinə metodları icbari tibbi sığorta ilə qarşılanır.
Ən çox rast gəlinən simptomlara qarının yuxarı hissəsində (epiqastral nahiyədə) ağrı, döş sümüyü arxasında yanma hissi, qida qəbulundan sonra qıcqırma, gəyirmə, bəzən ürəkbulanma aiddir. Bəzi hallarda öskürək, köp, ürək ritminin pozulması kimi simptomlarla da özünü göstərir. Diafraqmal yırtığın müalicəsi ilə həkim-qastroenteroloq məşğul olur. Diafraqma dəliyi yırtığının cərrahi yolla bərpası ümumi və torakal cərrah tərəfindən aparılır.
Böyük diafraqmal yırtıqlar səbəbindən medikamentoz müalicəyə tabe olmayan xroniki ezofagitin inkişaf etməsi, yırtıq kisəsinin boğulması təhlükəsinin yaranması, qanaxma, anemiya, qida borusu daralmaları və çapıq toxumasının əmələ gəlməsi kimi ağırlaşmaların meydana çıxdığı hallarda yırtığın müalicəsi üçün cərrahi əməliyyat icra olunur. Cərrahi müdaxilə zamanı yırtıq qapısının daraldılması, orqanların fizioloji vəziyyətinin bərpası və yaxud hər iki üsulu özündə birləşdirən radikal əməliyyat aparılır. Əməliyyat icbari tibbi sığorta hesabına açıq və laparoskopik üsulla icra olunur. Laparoskopik əməliyyat daha az travmalı olduğundan reabilitasiya dövrü daha sürətli və asan olur.
Əməliyyat öncəsi ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf icbari tibbi sığorta tərəfindən təmin olunur. Həmçinin xəstənin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanma xərcləri də sığorta təminatına daxildir.
Diafraqmal yırtıqların bərpası TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda və Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində  tibbi göstərişə və həkim təyinatına əsasən icra olunur.
Məlumat üçün bildirək ki, diafraqmal yırtıq abdominal boşluqdakı orqanların qismən və ya tam olaraq diafraqmanın qida borusu dəliyindən döş boşluğuna doğru yerdəyişməsidir. Bu patoloji vəziyyət ağırlaşmalara səbəb ola bildiyi üçün vaxtında diaqnozun qoyulması və müalicənin başlanılması olduqca vacibdir. Diafraqmal yırtıqlar anadangəlmə və qazanılmış olur. Anadangəlmə diafraqmal yırtıqlar hamiləliyin ilk 3 ayında radiasiya, zərərli peşə amilləri və bəzi dərman preparatlarının təsiri nəticəsində baş verən genetik mutasiyalar nəticəsində inkişaf edir.
Qazanılmış yırtıqlar bir çox səbəblərin təsirindən yarana bilər. Patologiyanın inkişafına təsir edən əsas amillərə döş qəfəsi və qarın boşluğu orqanlarının zədələnməsi, bronxial astma, göyöskürək, vərəm zamanı xroniki öskürək, qida borusunun diskineziyası (hərəkətliliyinin pozulması), qida borusu nahiyəsində cərrahi müdaxilələr, qəbizliyə meyillilik, mədə-bağırsaq sisteminin yanaşı xəstəlikləri aid edilir.//Milli.az

Sağlamlıq       Tarix: 04 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeber.az bugunun xeberleri meherremlik 2026 bu gunun xeberleri