"Bu, Ermənistan üçün ciddi təhlükədir" – Voskanyan
"Ermənistan kollektiv Qərb tərəfindən anti-Rusiya və anti-İran platforması kimi qəbul edilir. Bu, bizim üçün ciddi təhlükədir".
KONKRET.az xəbər verir ki, bunu İranşünas ekspert Vardan Voskanyan deyib.
"Ermənistanın maraqlarından irəli gələn baxış qonşu İran və Rusiya ilə münasibətlərin pisləşməsini nəzərdə tutmur. Ümumiyyətlə, müxtəlif qüvvələrin ziddiyyətləri üzərində oynanılan istənilən siyasət Ermənistan üçün zərərlidir. Bu şəraitdə Ermənistan dialoq və əməkdaşlıq platformasına çevrilmək istiqamətində kurs tutmalıdır", – Voskanyan bildirib.
Vardan Voskanyanın sözlərinə görə, Ermənistan kollektiv Qərb tərəfindən anti-Rusiya və anti-İran platforması kimi qəbul edilir.
"Aydındır ki, Tehran Ermənistanın anti-İran platforması kimi görünə biləcəyindən narahatdır. Ona görə də iki istiqamətdə iş aparılır. Birincisi, Ermənistanın siyasətinin aydınlaşdırılması vacibdir. İkincisi, NATO ilə münasibətlərin kontekstini dəyişməyə ehtiyac var. Lakin Ermənistanın indiki hakimiyyəti buna qadir deyil. Çünki bu hakimiyyət bütün sahələrdə uğursuzluğa düçar olub", – iranlı ekspert vurğulayıb. Globalinfo.az

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək