Bu estetik prosedurlar nəticə vermir
"Dişləriniz kiçikdirsə dodaq dolğusunu çox etdirməyin. Üzdə ağız açıqkən üst dişlər görünməlidir".
KONKRET.azxəbər verir ki, bu haqda plastik cərrah Mustafa Karaca bildirib.
O, bəzi vacib maddələri bilmədən estetik prosedurları etdirməməyi tövsiyə edib: "Botoks ilə qaş kənarları yuxarı qaldırıla bilər, ancaq gicgahlara doğru çəkilməz.
Yanaqlarınızda çənə sümüyünüzün altına doğru sallanma varsa, masseter botoksu etdirməyin. Üzünüzün alt hissəsini daha da incəldib sallanmanı daha da qabarıq hala gətirə bilər. Göz qapaqlarınızda dəri artıqlığı başlayıbsa, alın botoksu təhlükəli ola bilər. Qaşı aşağıya doğru basdırar, ehtiyac olarsa, çox kiçik miqdarda və təcrübəli əllərdə edilməlidir".
Üzgərmə əməliyyatından da bəhs edən cərrah, həmin prosedurun qırışları aradan qaldırmadığını bildirib: "Doğru proseduru seçmək üçün ilk olaraq doğru analiz edilməlidir. Bu olmazsa, edilən ən yaxşı prosedur belə arzuolunmaz nəticə verə bilər. Çənəniz kiçikdirsə, yanaq sallanması varsa, dolğu effektli ola bilər. Amma çənəniz qabarıq, sərtdirsə, üstəlik yanaq sallanması varsa, dolğu deyil, üzgərmə əməliyyatı gərəklidir. Qeyd edim ki, üzgərmə əməliyyatı üzü, sadəcə, yuxarı doğru dartar, qırışlar qalacaqdır. Qırışlar üçün botoks əsas şərtdir. Dolğu ilə burun ucunuzu qaldırmağa çalışmayın. Bu zaman dik buruna deyil, kartofa bənzər görüntü əldə edə bilərsiniz".//Pravda.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb