Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMAHavaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlər ki, hətta koronanın mutasiya olunan variantları ilə də qarışdırırlar. Bəs payız-qış aylarında qrip və digər respirator viruslardan qorunmaq üçün hansı tədbirlər daha effektivdir? Peyvəndlənmə kimlər üçün xüsusilə vacibdir, xəstəliyin ilkin əlamətləri müşahidə olunduqda nələrə diqqət yetirilməlidir və yoluxmanın qarşısını almaq üçün gündəlik həyatımızda hansı vərdişləri dəyişməliyik?
Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMAMövzu ilə bağlı KONKRET.az-a danışan ürək-damar cərrahı Orxan Məmmədov bildirib ki, payız fəslinin gəlişi ilə kəskin respirator viruslar artmağa başlayır:
"Bundan qorunmaq üçün gigyenik qaydalara, düzgün qidalanmaya və yuxu rejiminə riayət etmək, qapalı sahələrdə çox qalmamaq və təmiz havada xeyli gəzmək lazımdır. Həmçinin mövsümi meyvələrdən daha çox istifadə edilməlidir. Üstəlik, xəstə insanlarla yaxın təması məhdudlaşdırmağı və sağlam həyat tərzinə üstünlük verməyi tövsiyə edirəm. Eyni zamanda dövlət poliklinikalarında qripin vaksini vurulur. Mövsümi qripə qarşı peyvəndlənmə xüsusilə risk qruplarına daxil olan şəxslərin ağır xəstəlik və fəsadlardan qorunmasında mühüm rol oynayır. Eyni zamanda, özbaşına antibiotik qəbulunun virus infeksiyalarını müalicə etmədiyini nəzərə almaq, yüksək hərarət və ya ağırlaşma əlamətləri müşahidə olunduqda həkimə müraciət etmək vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, xüsusilə yaşlı şəxslər, hamilə qadınlar, xroniki xəstəlikləri olanlar, immun sistemi zəif şəxslər və tibb işçiləri peyvəndlənməyə xüsusi diqqət yetirməlidirlər. Uşaqlar üçün peyvəndin uyğunluğu və tətbiq qaydası yaşa və sağlamlıq vəziyyətinə əsasən müəyyənləşdirilir. Hərarət, öskürək, boğaz ağrısı, əzələ ağrıları və halsızlıq yarandıqda ilk növbədə istirahət etmək, kifayət qədər maye qəbul etmək və başqaları ilə təması azaltmaq məsləhətdir. Xəstəliyin əlamətlərinə baxaraq onun məhz qrip olduğunu dəqiq müəyyənləşdirmək mümkün deyil. Oxşar simptomlar digər respirator viruslar zamanı da müşahidə edilə bilər.
Antibiotiklər viruslara qarşı təsir göstərmir və həkim göstərişi olmadan qəbul edilməməlidir. Qripə qarşı istifadə edilən antiviral preparatlar isə bəzi hallarda faydalı ola bilər. Onların xüsusilə risk qrupuna daxil olan şəxslərdə və ağırlaşma ehtimalı yüksək olduqda erkən başlanması vacibdir. Bu səbəbdən belə şəxslər xəstəlik əlamətləri yaranan kimi həkimə müraciət etməlidirlər. Əsas məsələ xəstəliyin əlamətlərini kiçik problem kimi qiymətləndirməmək, risk qruplarına xüsusi diqqət yetirmək və özbaşına müalicədən çəkinməkdir. Sadə profilaktik qaydalara əməl etmək həm fərdi sağlamlığın qorunmasına, həm də virusların cəmiyyətdə yayılmasının azalmasına kömək edə bilər", – həkim vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Sağlamlıq       Tarix: 14 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler azerbaycan cəbhədən son xeber sonxabar az azerbaycanda son xeberler