Bu festival deyildi, biabırçılıq idi' - Telli Pənahqızı
Kaş ki, bütün gecəni yuxusuz qalıb bu boyda əziyyətlə o yolu getməyəydim. Dağlara - festivalın keçirildiyi məkana qədər uzanan o tozlu-torpaqlı yoldakı tıxacı görməyəydim, baş verən hərc-mərcliyin, aylardan bəri çəkilən zəhmətin, bu "möhtəşəm" biabırçılığın şahidi olmayaydım.
Bunu telejurnalist Telli Pənahqızı deyib.
"Bilmədim bu festival idi, yoxsa.. Sonra nə istəsəniz yaza bilərsiz.
Gədəbəydə keçirilən festivalda iştirak etməmişdim. Ancaq haqqında maraqlı və könülaçan rəylər yazmışdı həmkarlarım. Hacıkənddə keçirilən 2-ci Yaylaq festivalına da elə bu təəssüratlara güvənərək yola çıxmışdım. Üstəlik də özümlə bərabər Qərbi Azərbaycan İcmasının üzvlərindən bir neçə xanımı da həvəsləndirib aparmışdım.
Bir tərəfdən də, ağlımda uzun illər boyu qardaş Türkiyənin Bayburt şəhərində keçirilən Dədə Qorqud şölənlərinin, Yaylaq bayramının unudulmaz xatirələri, epizodları vardı.
Amma və lakin…
Bu, festival deyildi...
Minlərlə insanın əsəbini korlayan, həyatını təhlükə altında qoyan, yağışlı havada, tufanlı gecədə onları təbiətin şıltaqlığı ilə üzbəüz qoyan, uşaqları, körpələri dağın başında, yağışın altında taleyin ixtiyarına buraxan təşkilatçıların yarıtmaz işi barədə daha geniş bir yazı olacaq", - o qeyd edib.
///Axar.az
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA