Bu göz xəstəliyinə uşaqlarda da rast gəlinir: Göz alması böyüyür...
Ən çox yayılan göz problemlərindən biri də xalq arasında "qara su", eləcə də göz təzyiqi adlandırılan qlaukoma xəstəliyidir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, qlaukoma göz daxili təzyiqin artması ilə baş verən, müalicə olunmasa, hətta korluğa səbəb olan ağır xəstəlik hesab olunur. Məlumatlara görə, qlaukoma xəstəliyinin erkən mərhələsində xəstələrdə heç bir şikayət olmur. Amma xəstəlik inkişaf etdikcə görmə sinirinin atrofiyası yaranır, görmə azalır. Gözdə qızartı, ağrı, bulanıq görmə, işıq ətrafında rəngli halqaların görülməsi, ürəkbulanma, qusma və s. qalukomanın əlamətlərindən sayılır. Adətən qlaukoma yaşlı insanların xəstəliyi kimi təqdim olunur. Amma uşaqlarda da bu problemə rast gəlinir.
Oftalmoloq cərrah, tibb üzrə fəlsəfə doktoru Rəfadar Xəlilov bildirib ki, qlaukoma uşaqlarda, hətta körpələrdə də rast gəlinən göz xəstəliklərindən biridir. Onun sözlərinə görə, valideynlər, bu xəstəliyi, əsasən, gözün həcmindəki dəyişikliklə müşahidə edə bilərlər. Çünki uşaqlarda göz almasının toxumaları çox sərt deyil, elastikdir. Buna görə gözün içində təzyiq çoxaldıqca göz alması böyüyür. Adətən, 2-3 aylıq uşaqlarda artıq bu problemlərlə qarşılaşmaq olur və artıq onlar oftalmoloqa müraciət etməlidirlər.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar