"Bu halda düşmənçilik bitəcək və Qərbi azərbaycanlıların qayıdışı baş tutacaq" - YENİ MƏQAMLAR

Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı ilə bağlı xüsusi konsepsiya mövcuddur və bu istiqamətdə dövlət səviyyəsində ciddi iş aparılır. Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq hesab edir ki, bu, qərbi azərbaycanlıların qanuni haqqıdır. Bəs görəsən, Qərbi azərbaycanlıların Ermənistana qayıdışı mümkündürmü və bu, nə zaman reallaşa bilər?
Mövzunu KONKRET.az-a politoloq Natiq Miri səsləndirib:
"Qərbi azərbaycanlıların öz doğma ata-baba yurdlarına qayıtması əlbəttə ki, mümkündür. Ancaq öncə ermənilərin milli şüurunun yüksəlməsinə ehtiyac var. Bunu Ermənistan baş naziri Nikol Paşinyan da anlayıb. O, açıq şəkildə bəyan etdi ki, Ermənistanda istənilən hökuməti inqilab yolu ilə devirmək olar. Ancaq dəyişə bilmədikləri yeganə məsələ erməni milli şüurudur. Ermənilərin reallıqları qəbul etməməsi Azərbaycan və Ermənistan arasında sülh prosesinə ciddi problemlər yaradır. Bu gün sülh müqaviləsi imzalanmadan, nəqliyyat kommunikasiyaları açılmadan, sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatmadan Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışını düşünmək əlbəttə ki, perspektivsiz görünür. Ancaq reallıqda bu, mümkündür. Erməni şüuru reallığı anlamayana qədər, onlar sülh müqaviləsini və normal münasibətləri qəbul edə bilməyəcəklər. Belə olan halda isə erməniləri monipulyasiya etmək kənar qüvvələr üçün daha asan olacaq. Ancaq reallığı qəbul edən Ermənistan cəmiyyəti yaranarsa, bu zaman düşmənçilik aradan qalxa və Qərbi azərbaycanlıların qayıdışı baş tuta bilər. Yəni bu, şüur məsələsidir. Əks halda erməni cəmiyyəti bu məsələni hökumət əleyhinə manipulyasiya kimi qəbul edəcək. Necə ki, erməni müxalifəti Paşinyanı xəyanətkar kimi dəyərləndirir. Ancaq Paşinyan Ermənistanı gözləyən daha böyük fəlakətlərdən ölkəsini xilas etməyə çalışır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 19 may 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler cəbhədən son dəqiqə son xeberler bugun 2026 canli son xeber.az