Bu halda sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir - VİDEO

Bu halda sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir - VİDEOBu halda sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir - VİDEO
Bir müddət əvvəl avtomobillərdə dəbdə olan səs siqnalları, sayrışan işıqlar yenidən gündəmə qayıdır. Son zamanlar yollarda sayrışan işıqlarla bəzədilən, müxtəlif səs siqnalları quraşdırılan avtomobillərlə tez-tez qarşılaşırıq. Axşam saatlarında bu işıqlandırmalar gözyorucu ola bilir. Bəlkə də sayrışan işıqlardan istifadə edən sürücülər avtomobillərinin yollarda "yolka" kimi göründüyünün fərqində belə deyillər.
Avtomobillərə əlavə qurğuların quraşdırılması qanunla qadağandır. Bəziləri qanunun tələblərinə tabe olmaqdan boyun qaçırır.
Əslində, gecə saatlarında baş verən qəzaların bir səbəbi də məhz qarşıdan gələn sürücünün rəngli işıqlardan istifadə etməsidir. İstər stop işıqlarına, istərsə də avtomobilin ön fənərlərinə əlavə sayrışan işıqlar quraşdırmaq digər hərəkət iştirakçılarının fikrini yayındıra bilir.
Sürücülər nə üçün avtomobillərə əlavə qurğuların quraşdırılmasına bu qədər meyillidir? Ümumiyyətlə, nəqliyyat vasitələrinə quraşdırılan əlavə qurğuların hansı təhlükəsi var?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, avtomobilin konstruksiyasına edilən bütün müdaxilələr birbaşa təhlükəsizlik sistemini zəiflədir:
"Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin 3-cü bəndində qeyd olunub ki, xarici işıq cihazlarının miqdarı, tipi, rәngi, yerlәşmәsi vә iş rejimi nәqliyyat vasitәsi konstruksiyasının tәlәblәrinә uyğun olmadıqda, bu, nasazlıq yarada bilir. Sözsüz ki, avtomobillərə quraşdırılan işıqlar və digər avadanlıqlar onun standart iş rejimini pozur. Bu isə inzibati xəta tərkibi yaradır.
Sözügedən xətalara yol verən şəxsləri İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.5-ci maddəsinə əsasən, 40 manat məbləğində cərimə gözləyir. Eyni zamanda, İXM-nin 342.2.2-ci maddəsinə əsasən, avtomobildə standartlar pozulmaqla avadanlıqların yığılması və ya çıxardılması da qadağandır. Yəni, sürücülərin öz zövqünə uyğun, fərqli görünmək üçün işıq cihazlarının avtomobilə quraşdırılması yol verilməzdir".
Müdaxilələr səbəbindən avtomobilin alışma ehtimalının olub-olmamasına münasibət bildirən K.Əliyev həmin qurğuların avtomobilin akkumulyatorundan qidalandığını xüsusi vurğulayıb:
Bu halda sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir - VİDEO"Əgər nəqliyyat vasitəsində bu kimi qurğulara ehtiyac olsaydı, istehsalçı şirkət, zavod özü bu müdaxilələri edərdi. Əlavə işıq qurğularının standartların tələblərinə uyğun olmayan şəkildə yanıb-sönməsi gərginliyin anidən artıb-azalmasına səbəb olur. Bu halda təbii olaraq, naqillərdə qızma ola bilər. Naqillərin qızması isə avtomobilin qəflətən alışmasına gətirib çıxara bilər.
Bu halda sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir - VİDEOBundan başqa, həmin işıqlar digər hərəkət iştirakçılarının - sürücülərin gözlərini qamaşdıraraq idarəetməni itirmələrinə səbəb olur. Bu halda qəza şəraitinin yaranması da istisna edilmir. Sözsüz ki, avtomobilin sabit, bir rəng stop işıqlarına quraşdırılan sayrışan işıqlar inzibati xəta tərkibi yaradır. Bu da İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələbini pozur. Bu halda həmin maddənin tələbini pozan predmetin müsadirə edilməsi ilə avtomobilin sürücüsünü 500 manatdan 800 manata qədər cərimə gözləyir. Bu kimi hallarda məsələyə hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına müraciət olunur. Cərimənin tətbiqi isə məhkəmənin verdiyi qərara uyğun şəkildə müəyyən edilir".  
Xatırladaq ki, istehsalçı tərəfindən nəzərdə tutulan işıq cihazları istisna olmaqla, "Yol hərəkəti haqqında" qanuna əsasən, ön fənərlərdə ağ, sarı və narıncı rəngdən savayı başqa işıqların istifadəsi qadağandır. Əks halda, İnzibati Xətalar Məcəlləsinin (İXM) 155.2.2 maddəsi ilə 150 manat miqdarında cərimə nəzərdə tutulur. Həmçinin, nasazlıq aradan qaldırılan müddətə qədər avtomobil cərimə meydançasına da aparıla bilər.  
Bu halda sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir - VİDEOAvtomobilin dövlət qeydiyyat nişanına standart olmayan işıq cihazlarının quraşdırlması qanunla qadağandır. Əks təqdirdə İXM-in 342.2.2 maddəsinin tələbləri pozulur və 150 manat məbləğində cərimə nəzərdə tutulur. Həmin işıq cihazı sökülməsə, avtomobil cərimə meydançasına aparıla bilər.
İXM-in 329.3. maddəsi ilə işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulmasına görə, 30 manat məbləğində cərimə nəzərdə tutulur.
İXM-in 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Qanuna görə disklərin, avtomobilin altının və işıqyuyucularının başlıqlarının işıqları xarici işıq cihazı hesab edilmədiyi üçün bu halda cərimə nəzərdə tutulmur. 
Bu halda sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir - VİDEO

Könül Cəfərli 

Sosial       Tarix: 14 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Müasir dünyada sülhün və təhlükəsizliyin qorunması, xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, fərqli mədəniyyətlərə və dini dəyərlərə hörmətlə yanaşılması bəşəriyyətin qarşısında dayanan ən mühüm vəzifələrdəndir

Azərbaycan Dövlət Pantomima Teatrının "İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–23 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib. Teatrı

Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb

Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb. xəbər verir ki, Qədimqala kənd sakini, 1961-ci il təvəllüdlü Rasət Vaqif oğlu Quliyev həmkəndlisi 1967-ci il təvəllüdlü Nazim Əli oğlu Hüseynovun yaşadığı evdə təmir işləri görərkə

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərar

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 29-da uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, yuxarı həddi isə 7.5% səviyyəsində, faiz dəhlizini

Baş nazir maaşlarla bağlı qərar imzaladı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçili

Mingəçevirdə yol qəzası oldu - Yaralananlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə M.Maqomayev prospektində baş verib. "Hyunday" və "Şevrolet" markalı avtomobillərin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan sərnişin 2010-c

Bazarda qiymət oyunu: İstehsalçı qazanır, yoxsa vasitəçi?

Azərbaycanda bazarda rəqabətin zəif olması, məhsul və xidmətlərin müəyyən şirkətlərin nəzarətində cəmləşməsi qiymətlərin yüksəlməsinə və uzun müddət yüksək səviyyədə qalmasına şərait yarada bilər. Belə vəziyyətlərdə kiçi

Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxıb

Kartla ödənişdən imtina qanun pozuntusudurmu? - CƏRİMƏ AÇIQLANDI

Nağdsız ödənişlərin genişlənməsinə baxmayaraq, bəzi obyektlərdə vətəndaşların kartla ödəniş etmək istəyi qəbul edilmir və onlardan yalnız nağd pul tələb olunur. Halbuki qanunvericilik POS-terminal quraşdırılması məcburi ola


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son xəbər son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026