Bu iki ölkənin vətəndaşları Suriyaya girə bilməyəcək
Əhməd əl-Şaranın rəhbərlik etdiyi Suriyanın yeni hökuməti İran və İsrail vətəndaşlarının paytaxt Dəməşqə girişini qadağan edib.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqə ilk uçuşunu həyata keçirəcək Türk Hava Yolları (THY) rəsmi internet saytında sərnişinlər üçün xüsusi səyahət məlumatları dərc edib.
Buna uyğun olaraq, Suriyaya gedən sərnişinlər üçün Suriya Ərəb Respublikası səlahiyyətliləri tərəfindən bir sıra qərarlar qəbul edilib. Qərara əsasən, İsrail və İran vətəndaşları istisna olmaqla, bütün ölkələrin vətəndaşları Suriyaya daxil ola biləcəklər.
Suriya vətəndaşlarından Suriya vətəndaşlığını təsdiq edən sənəd təqdim etmələri tələb olunacaq. Livan vətəndaşları əgər anası və ya atası Suriya vətəndaşıdırsa və ya başqa ölkədən yaşamaq icazəsi və ya vizası varsa ölkəyə daxil ola biləcək.
Verilən məlumata görə jurnalistlərə də Suriya torpaqlarına daxil olmaq üçün xüsusi icazə vərəqəsi veriləcək.
Aysel

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi