Bu il Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcmi açıqlandı
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 8 milyard 682,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox vəsait yönəlib.
Milli.Az Trend-ə istinadən bildirir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 19,0 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 10,5 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 5 milyard 829,5 milyon manatı və ya 67,1 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 030,6 milyon manatı (23,4 faizi) xidmət sahələrinə, 822,3 milyon manatı (9,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 356,0 milyon manatını və ya 61,7 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 349,7 milyon manatı və ya 61,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,4 faiz, büdcə vəsaitləri 22,7 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,8 faiz, sair vəsaitlər 4,0 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,0 faiz təşkil edib.
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar