Bu il tələbələr kredit ala biləcəklərmi? - Nazirlik hələ də şərtləri açıqlamır

Bu il tələbələr kredit ala biləcəklərmi? - Nazirlik hələ də şərtləri açıqlamırBir neçə ay öncə Təhsil TələbəKredit Fondunun məqsədi, vəzifələri və hüquqları ilə bağlı ictimaiyyətə geniş məlumat verilmişdi.
Məlumatda fondun fəaliyyətinin əsasməqsədi kimi təhsiləəlçatanlığı təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək üçün əlverişli təhsil kreditlərinin veriləcəyibildirilmişdi.
Fondun nizamnaməsində Təhsil Tələbə Krediti Fondu tərəfindənverilən kreditlərin 2 qrupa bölünəcəyi bildirilmişdi. Birinci qrupa sosial həssastələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq. Təhsil TələbəKrediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub.Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər.Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticəgöstərilməsi ilk şərt olacağı qeyd olunub. Kredit məbləği birbaşa tələbəyədeyil, ali təhsil aldığı müəssisəyə veriləcəyi bildirilib. Təhsil kreditindəfaiz dərəcəsinin çox az olacağı və tələbə təhsil kreditini 20 il müddətinəqaytara biləcəyi bildirilmişdi. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdənsonra 20 il ərzində həmin krediti hissə -hissə Fonda qaytara biləcək. Hətta özəlali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti alabiləcəklər.
Prezidentin fərmanı ilə təsis edilən Təhsil TələbəKrediti Fondu haqqında ictimaiyyətə məlumat verilsə də, onun şərtləri haqqındahələ bu günə kimi heç bir məlumat paylaşılmayıb.
Nəzərə alsaq ki, yeni tədrisilinin başlamasına artıq sayılı günlər qalıb. Ödənişli əsaslarla təhsil alan tələbələr,bu il ödənişliyə daxil olanlar, sosial baxımdan həssas ailələr qrupuna aid olan tələbələrhazırda təhsil haqqlarının ödənilməsində çətinlik çəkirlər.
Təhsil kreditinin nə zamandanveriləcəyi, konkret olaraq şərtlərin necə olacağı, kreditdən kimlərin yararlanabiləcəyi kimi suallar ortaya çıxıb. Təhsil Nazirliyinin bu suallara da susmasıtələbələri çıxılmaz vəziyyətdə saxlayır.
Məsələ ilə bağlıAzxeber.com-a danışan təhsil üzrə ekspert Elçin Əfəndi də bildirib ki, bununlabağlı artıq ictimaiyyətə məlumat verilməlidir: "Təhsil Tələbə KreditiFondu yaradılıb, hazırda müəyyən kriteriyalar açıqlanıb. Amma, təssüflər olsunki, bu barədə ictimaiyyətə konkret məlumat verilmir ki, hansı tarixdən veriləcək,hansı tələbələr bundan yararlana biləcək və ya kreditin maksimal məbləği nə qədərolacaq, bütün bunlar haqqında heç bir açıqlama verilməyib. Yaxşı olar ki, artıqbu məlumatlar verilsin, çünki sabahdan ali təhsil müəssisələrinə də qeydiyyatbaşlanır. Onlar üçün da bu, vacibdir ki, ödənişli əsaslarla oxuyanlar bilsinlərki, əgər kredit verilirsə, onlar kredit götürüb bundan istifadə etsinlər.Qeydiyyatın aparılması sentyabrın 20-dək olacaq, buna görə də, maksimumsentyabrın 15-dək bu məlumat ictimaiyyətə verilməlidir".
Görünən odur ki, cavabsızqalan suallar, səslənən fikirlər çoxdur. Fərmanın icrasını hələ də yerinəyetirməyən Təhsil Nazirliyi bu suallara da cavab verməkdən yayınır.
Aydın Nuri

Sosial       Tarix: 06 sentyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az son xeberler valyuta mezennesi banklar xəbərlər