Bu kişilərin cəsədi torpağa haramdır' - Flora Kərimova dünyaya övlad gətirən 11 yaşlı qızdan yazdı
Xalq artisti Flora Kərimova İmişlidə 11 yaşlı qızın atalığı tərəfindən təcavüzə məruz qalması ilə bağlı paylaşım edib.
Azxeber.com xəbər verir ki, müğənni məsələ ilə bağlı bunları yazıb:
"Bu nə faciədir millət yaşayır? Bəli, millətimin faciəsidir. Axı, nə qədər qadın bıçaqlanacaq, nə qədər uşaq zorlanacaq... Savadsız, valideyn tərbiyyəsi görməyən, adını "kişi" qoyub insanlığı belə olmayan kütləni kim maarifləndirəcək? İldən-ilə xərçəng xəstəliyi kimi yayılır. Biri səkkiz aylıq hamilə qadınını uşağını yatızdırdığı yerdə bıçaqlayır. Buna insan demək olar? Buna vətəndaş demək olar? Bunun kimilərini ömürlük həpsə məhkum etmək azdır! Cəsədi bu torpağa haramdır!
İndi də bu körpə... Bəs olmadımı evində bir kəbinli qadının, digəri isə dini kəbinli arvadın? Nə qədər azğınlaşıb, harınlamısan ki, uşağa tamah salırsan? Bədbəxt, sənin görəcəyin günlər hələ qabaqdadır. Millətim millət olmaz bu binamusluğu sənə keçsə... Sənin müdafiəni vicdanı olan vəkil götürməz... Uşaq ömürlük mənəvi və fiziki şikəstdir. Hələ ki, fərqində deyil, anlamır nə baş verdiyini. Bəs ana?! Sən nə vaxtsa ana olmusan. Sən qız anası olmusan! İllərlə bu adı daşımaq üçün göz yaşı tökənlər var! Sən bilmədin qızın necə hamilə oldu? Sən bilmədin qadın kimi ümumən hamiləlik necə olur? Sən ana-bala fərqində olmayan azğın it kimi yaşadın. Halbuki, ana it bele balasını bir vaxta kimi ağzında daşıyır. Söz tapmıram... Bu, faciənin görsənən tərəfidir.
Görsənməyən tərəfi odur ki, nakişinin ailəsi, kəbinli arvadı ərinə haqq verir. Başıqapazlı yaşamaq təbiətləridir, demək ki... Rayonda, adam arasına necə çıxacaqsan? Sənin xidmət etdiyin "mənsəb" din deyil, əskiklikdir!
Ümumiyyətlə, uşağa tamah salan rəzil ərini evinə qaytarmaqdan ötrü - "evimi satıb ərimi xilas edəcəm! Onsuzda hər şeyi pulla almaq olur" deyən "qadın-ana" yetişdirdiyi övlad nə olacaq? Nə vətəndaş olacaq sənin südünü əmən? Artıq sənə cəhənnəm olan bu dünyada axirətindəki cəhənnəmini qazanmısan.
Bu hələ bizlərin bildiyidir! İctimailəşən faciələrdədəndir. Nə qədər faciələr fitvalara qurban edilib, "halaldır" deyib ört-basdır edilib".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?