Bu məhsullar dünyada hər il 19 milyon adamın ölümünə səbəb olur
Alkoqol, tütün, qalıq yanacaq və ultra emal olunmuş qidalar təkcə Avropada 2,7 milyon insanın ölümünə səbəb olub. Dünya statistikası üzrə bu rəqəm 19 milyon nəfərdir.
KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisi bəyanat verib.
"Dörd korporativ məhsul – tütün, ultra emal olunmuş qidalar, qalıq yanacaqlar və spirt – hər il dünyada 19 milyon insanın ölümünə və ya bütün ölümlərin 34%-nə səbəb olur", – hesabatda deyilir.
Təşkilat qeyd edib ki, bu cür məhsulları istehsal edən şirkətlər marketinq hiylələri nəticəsində ürək-damar xəstəlikləri, xərçəng və diabet kimi qeyri-infeksion xəstəliklərin yayılmasında birbaşa günahkardır.
Bununla əlaqədar ÜST Avropa regionunun 53 üzv ölkəsinə bir sıra tədbirlərin görülməsini, o cümlədən sağlamlığa zərərli məhsulların marketinq qaydalarının sərtləşdirilməsini, göstərilən kateqoriyadan məhsul istehsal edən transmilli korporasiyalara vergilərin artırılmasını tövsiyə edir.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var