Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu müalicə də icbari tibbi sığortaya daxildirBeyin infarktı (işemik insult) – beyin qan dövranının kəskin pozulması nəticəsində baş verən klinik vəziyyətdir. Beyin qan dövranı pozulmasının ən çox rast gəlinən səbəblərindən biri yuxu arteriyası mənfəzinin daralma (stenoz) və tutulmasıdır (okklyuziya).
KONKRET.az xəbər verir ki, damar mənfəzlərinin daralması hallarının təxminən 50%-i aterosklerozun (damarların daxili divarlarında yağ, xolesterin və digər maddələrin toplanması) payına düşür. Yaş artdıqca və ateroskleroz inkişaf etdikcə yuxu arteriyasının daxilində aterosklerotik düyünlər əmələ gəlir. Onların sayı çoxaldıqca və düyünlərin ölçüləri böyüdükcə arteriyanın mənfəzi daralır. Bütün beyin infarktlarının 30%-i yuxu arteriyasının stenozu səbəbindən baş verir.
Yuxu arteriyalarının stenozunu rəngli doppler müayinəsi (USM) ilə aşkar etmək mümkündür. Bu müayinə metodu daralmanın yeri və dərəcəsini müəyyən etməyə imkan verir. Alternativ olaraq stenozun mövcudluğunu, əhatə etdiyi sahəni və dərəcəsini KT, MRT, angioqrafiya kimi radioloji müayinələrlə də müəyyən etmək mümkündür.
Yuxu arteriyası stenozunun müalicəsi insultun qarşısını almağa yönəlib. Stenozun dərəcəsindən asılı olaraq uyğun müalicə metodu seçilir. Dərman müalicəsi aterosklerozun inkişafını ləngidə bilər. Kliniki simptomlar müşahidə edilməklə yuxu arteriyalarında 60%-dən çox daralma cərrahi müalicə üçün göstəriş hesab olunur. İnsultun qarşısını almaq məqsədilə icra olunan əməliyyatlardan biri də karotid endarterektomiyadır. Bu əməliyyat zamanı yuxu arteriyasının daxilindəki aterosklerotik düyünlər çıxarılır. Yerli və ya ümumi anesteziya altında aparılan əməliyyat zamanı darlıq yaradan aterosklerotik yığıntı təmizlənir. Damarın mənfəzi açıldıqdan sonra beynin normal qan təchizatı təmin olunur.
Effektiv cərrahi müdaxilə növlərindən biri yuxu arteriyalarının stentlənməsidir. Yuxu arteriyalarına stentin yerləşdirilməsi insult riskini azaldır və damarların keçiriciliyini bərpa edir. Sadalanan müayinə metodları və cərrahi əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanır.
Sözügedən xidmətlər icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanası, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Agentliklə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki tibb müəssisələri) tibbi göstəriş və həkim təyinatına əsasən icra olunur.
Məlumat üçün bildirək ki, yuxu arteriyalarının stenozu bir çox hallarda simptomsuz olur. Əksər hallarda yuxu arteriyası stenozunun ilk təzahürləri insult, keçici işemik həmlə (simptomları 24 saat ərzində keçib gedən beyin qan dövranının işemik tipli kəskin pozulması) ilə bağlı simptomlar ola bilər. Klinik əlamətlərə bədənin hər hansı hissəsində (xüsusən də sifət, əl və ayaq daxil olmaqla) əzələ zəifliyinin əmələ gəlməsi, hissiyyatın zəifləməsi, nitqin aydın olmaması və ya tam pozulması, baş gicəllənmə, udma qabiliyyətinin, yaddaşın və şüurun pozulması, ürəkbulanma, qusma ilə müşayiət olunan kəskin baş ağrısı aiddir. Bu əlamətlər olduqda dərhal təcili tibbi yardım çağırmaq lazımdır.
Uzun müddət tütündən istifadə edən, qanda xolesterini yüksək olan, yüksək qan təzyiqi, şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkən 65 yaşdan yuxarı şəxslər arasında işemik insult riski daha yüksəkdi.

Sağlamlıq       Tarix: 14 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhət

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün valyuta mezennesi son xeber xeberler az