Bu qidalar immuniteti gücləndirir
Yoluxucu xəstəliklərin yayıldığı bir vaxtda virusdan qorunmaq üçün güclü immunitetin olması vacibdir. Ona görə də qida rasionunu həm makro, həm də mikroelementlərlə zənginləşdirmək lazımdır. Karbohidrat, yağ və zülallar makro, vitamin və minerallar isə mikroelementlər hesab olunur.
Mütəxəssislər bu məqsədlə D vitamini ilə zəngin qidalara üstünlük verilməsini məsləhət görürlər. Milli.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: "Müxtəlif balıq məhsulları, ət və ət məhsulları, o cümlədən qırmızı ət və toyuq əti ilə qidalanmaq immunitetin güclənməsində vacib rol oynayır. Fol turşusu, eləcə də A və S vitaminləri ilə zəngin göy-göyərti, yaşıl yarpaqlı tərəvəzlərdən çox istifadə edilməlidir. Həmçinin sitrus meyvələri ilə qidalanmaq da bu sahədə çox faydalı təsir göstərir".
Həkim-diyetoloq çeşidli qidalanmağa üstünlük verməyi tövsiyə edir. Gün ərzində bol maye qəbul edilməsi də orqanizm üçün xeyirlidir. Bədən çəkisinə uyğun olaraq gün ərzində maye qəbul edilməlidir. Onun dediyinə görə, ortaçəkili insan orqanizmi üçün gün ərzində ən azı 2 litr su içmək tövsiyə olunur, çünki su metabolizmi gücləndirir və orqanizmin vital fəaliyyətini stimullaşdırır.
Şəkər immuniteti zəiflədən qida olduğu üçün şirniyyatlardan mümkün qədər az istifadə etmək məsləhətdir. Həmçinin balanslaşdırılmış qidalanmaya riayət edilməli, axşam yeməyi yatmazdan ən azı 4 saat əvvəl yeyilməlidir.
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ