Bu qidalar qan azlığını yox edir - SİYAHI

Bu qidalar qan azlığını yox edir - SİYAHIİnsanların bir çoxu qan azlığından-anemiyadan əziyyət çəkir. Anemiya qandakı qırmızı hüceyrələrin azalmasıdır. Qan azlığı bütün yaşlarda rast gəlinir. Hamilə qadınlarda və uşaqlarda daha sıx görülür. İnsanların balanslı qidalanmaması nəticəsində yaranan dəmir əskikliyi anemiyaya gətirib çıxarır.
KONKRET.az xəbər verir ki, çuğundur, qan artıran ən faydalı qidalar arasında ilk sıralarda gəlir. Çuğunduru çiy və ya bişmiş halda yemək çox faydalıdır.
Yaşıl rəngli tərəvəzlər də qan azlığını aradan qaldıran əsas qidalar arasındadır. İspanaq, brokoli, göyərti kimi tərəvəzlər də qanın artmasına kömək edir.
Qırmızı ət, yumurta, pendir, bal və qaraciyər B12 vitamini baxımından çox zəngindir. Bunların içində olan qaraciyər tam bir dəmir mənbəyidir. Xalq təbiri ilə desək, orqanizmdə yaxşı qan yaradır.
Bir sıra vitaminlərin orqanizmdə çatışmazlığı qan azlığının səbəbi ola bilər. Məsələn, B9 vitamini çatışmazlığından qaynaqlanan anemiya ilə mübarizə üçün paxlalı bitkilər, qoz, fındıq, yumurta sarısı yeyə bilərsiniz.
B12 ilə zəngin olan qabıqlı dəniz məhsulları həmin vitaminin orqanizmdə azalması nəticəsində meydana gələn qan azlığına qarşı effektiv qidalardır.
Qara çay, kofe, kakao, nanə, bir sıra ədviyyat və bitki çaylarının tərkibində olan polifenol birləşmələr dəmirin orqanizmdə sorulmasını azaldır. Ona görə də çay və ya qəhvəni yeməkdən bir qədər sonra içmək lazımdır.
Son olaraq, mütəxəssislər qanazlığına qarşı ən yaxşı təsir göstərən dərmanın təbii meyvə suyu olduğunu açıqlayıb.

Sağlamlıq       Tarix: 20 noyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeber xeber.az son xeberler dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat