Bu qruplar üzrə imtahan nəticələri açıqlandı, 12 nəfər qaydaları pozub

Bu qruplar üzrə imtahan nəticələri açıqlandı, 12 nəfər qaydaları pozubDövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilən qəbul imtahanının nəticəsini elan edib.
azxeber.com xəbər verir ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41 min 484 abituriyentdən (II qrup üzrə 18014 nəfər, III qrup üzrə 23470 nəfər) 1 160 nəfər (II qrup üzrə 616 nəfər, III qrup üzrə 544 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər 89 saylı tam orta məktəbin məzunu Mansurov Eldar Ramiz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 278.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 677.9 bal toplayan Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Zeynallı Nilufər Hidayət qızı göstərib. O, imtahanın birinci mərhələsində 291.1 bal, ikinci mərhələsində isə 386.8 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Baxşəliyeva Aytac Ənvər qızı göstərib. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 691.8 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. Baxşəliyeva Aytac imtahanın birinci mərhələsində 294.8 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 iyul saat 10:00-dan 20 iyul saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Sosial       Tarix: 17 iyul 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü

İyulun 5-də Şərurun Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub. Qəza ilə bağlı Baş DYP İdarəsi məlumat yayıb. İlkin araşdırma zamanı məlu

Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi

Mingəçevir su anbarında bədbəxt hadisə baş verib. xəbər verir ki, 24 yaşlı Rəşad Çərkəzli su anbarının ərazisində yerləşən çimərlikdə çimərkən suda boğularaq həyatını itirib. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırm

Bu şəxslər daha tez pensiyaya çıxa biləcək

"Bu aydan Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşdi. Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Güzəştli şərtlər ilə pensiy

Buna görə cərimələr müəyyənləşir

Xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin təqdim edilməməsinə görə cərimələr müəyyənləşir. KONKRET.azxəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətala

Bu şəxslərin beyni daha gec qocalır - ARAŞDIRMA

Bir neçə xarici dilə yiyələnmək beynin daha uzun müddət gənc qalmasına kömək edə bilər. Bu barədə fizik Dmitri Lapşin beynin bioloji yaşının müəyyən edilməsi ilə bağlı aparılan beynəlxalq araşdırmanın nəticələrinə istinadə

Yumurtanın təzə olub-olmadığını necə yoxlamaq olar?

Yumurtanın təzə olub-olmadığını müəyyən etmək üçün ev şəraitində tətbiq edilə bilən sadə üsullar var. Bu üsullar həm qida təhlükəsizliyi baxımından, həm də mətbəxdə daha keyfiyyətli nəticə əldə etmək üçün faydalıdır. Mütəxəssisləri

İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?

İki yaşdan kiçik uşaqlara şokolad vermək məsləhət görülmür. Bu yaşda əlavə şəkərdən mümkün qədər uzaq durmaq tövsiyə edilir. Şokoladın tərkibindəki kofein və teobromin də 2 yaşdan kiçik uşaqların istehlakı üçün uyğun deyil

"Kraudfandinq haqqında" qanun nədir? - AÇIQLAMA

Milli Məclisin bu gün keçirilən iclasında "Kraudfandinq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi 7 fəsil, 23 maddədən ibarətdir, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqi

Yasamalda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub

Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanğınsöndürənləri


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər iqtisadiyyat xeberleri bugun son xeber.az hava