Bu şəxslər süddən imtina etməlidir
Bu xəstəlikldən əziyyət çəkənlər süddən imtina etməlidir.
KONKRET.az-ın xəbərinə görə, dietoloq və endokrinoloq Natalya Lazurenko bildirib ki, laktoza və kazein kimi bir sıra süd komponentlərinə qarşı dözümsüzlükdən əziyyət çəkən insanlar süd içməməlidir.
Həkimin qənaətinə görə, bu kateqoriyadan olan insanlar müayinələrdən keçməlidir. O xatırladıb ki, süd orqanizmin düzgün işləməsi üçün lazım olan bütün komponentləri, o cümlədən süd şəkəri olan laktozanı ehtiva edir. Lazurenko bildirib ki, dözümsüzlük yaşlı insanlarda daha aydın görünə bilər. Ancaq onun sözlərinə görə, fermentləşdirilmiş süd məhsulları bədən tərəfindən daha yaxşı mənimsənilir, buna görə də süddən imtina edənlər fermentləşdirilmiş süd məhsullarını qəbul edə bilər.
Həkim xatırladıb ki, süd heyvani zülaldan ibarətdir və bu da öz növbəsində əvəzolunmaz amin turşularının tam dəstini ehtiva edir. Ancaq bəzi insanlar kazeinə qarşı dözümsüzdür.
Lazurenko laktoza dözümsüzlüyünün əlamətlərini – mədədə gurultu, köp, qarın ağrısı, ürəkbulanma, boş nəcis və mədə-bağırsaq traktının fəaliyyəti ilə əlaqəli digər problemləri sadalayıb. Onun sözlərinə görə, son qərarı yalnız müayinələrin nəticələrinə əsasən həkim verə bilər.
Günel Mikayılova,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var